Kürdəmirdə ümumrayon tədbiri keçirilib

Tarix: 30-12-2014 // saat: 12:30
Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin, veteranların, ağsaqqalların, gənclərin, idmançıların və ictimaiyyətin digər  nümayəndələri iştirak edib. Rayon  İcra Hakimiyyəti  Başçısının   birinci müavini Tacəddin Novruzov bildirib ki,  “Dünya  Azərbaycanlılarının həmrəylik günü Ümummilli Lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixdir”Icra başçısının müavini  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün kürdəmirliləri təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, 2014-cü ildə də, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə, regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülüb yeni iş yerləri yaradılıb, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilib. Respublika əhalisinin, xüsusilə aztəminatlı insanların maddi-rifahının yüksəldilməsinə, əmək haqqı, pensiya və müavinətlərin artırılmasına dövlət siyasətində mühüm yer ayrılıb.  Tacəddin Novruzov  onu da, bildirib ki, 2014-cü il Kürdəmir rayonun da, tarixində çox böyük əhəmiyyətə malik oub. Beləki, son aylarda rayonda geniş tikinti quruculuq işləri aparılıb, sosial, istehsal xarakterli obyektlərin tikintisi genişləndirilib, Heydər Əliyev parkındakı yenidənqurma işləri, müasir tipli elektrik dirəkləri, küçələrə və  yollara  vurulan  yeni asfalt  örtüklər və digər  tikinti,  abadlıq işləri sakinlər tərəfindən razılıqla qarşılanır.İcra Hakimiyyəti  Başçısının   birinci müavini əldə olunan uğurlara görə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün kürdəmirlilərin səmimi təşəkkürünü və minnətdarlığını bildirib.Daha sonra Kürdəmir rayon İcra Başçısı adından 2014-cü ildə əmək fəaliyyətlərində fərqlənmiş bir qrup ziyalıya və idmançılara fəxri fərmanlar təqdim edilib.Tədbirdə rayonun incəsənət ustalarının çıxışları olub, bir-birindən rənagarəng nəğmələr səslənib. Yeni ilin simvolu Şaxta baba və Qar qız balacalara yeni il hədiyyəsi paylayıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN