Heydər Baba

Tarix: 29-12-2014 // saat: 10:25
Bu torpağın övladı tək, bu dünyaya göz açdın
Bu torpağın gənc oğlu tək, bu dünyaya yol açdın
Bu torpağın babası tək, bu dünyaya nur saçdın
Bu torpağı, bu dövləti sən tanıtdın dövlətlərə Heydər baba,
Azərbaycan bayrağını sən ucaltdın yüksəklərə Heydər baba.
Sovetlər dövründə çətinliklərlə üzləşdin
Böyük, güclü bir dövlətdə savadınla yüksəldin
Vətəninin dar günündə xalqımızı fikirləşdin
Geri döndün vətəninə heyfin gəlmədi illərə Heydər baba,
Azərbaycan bayrağını sən ucaltdın yüksəklərə Heydər baba.
Acı qəhər boğur məni, mən baxanda dünənimə
Yağı düşmən amansızca şığımışdı vətənimə
Tez yetişdin vətən oğlu, Dayan! dedin düşmənimə
Öz səsinlə, öz gücünlə təkan verdin əsgərlərə Heydər baba,
Azərbaycan bayrağını sən ucaltdın yüksəklərə Heydər baba.
Sən ömrünü həsr elədin öz xalqına – millətinə
Bütün dünya heyran oldu siyasətdə cürətinə
Layiqli bir başçı oldun Azərbaycan dövlətinə
Hər gedişin uğur oldu səfərlərdən-səfərlərə Heydər baba,
Azərbaycan bayrağını sən ucaltdın yüksəklərə Heydər baba.
Azad dövlət yaratdın bəlli oldu kimliyimiz
Biz azəri türküyük qədimdən gəlir kökümüz
Sənin dahi adınla genişləndi tariximiz
Kəlmələrin, cümlələrin yazılaraq tarixlərə Heydər baba,
Azərbaycan bayrağını sən ucaltdın yüksəklərə Heydər baba.
Sakit həyat qurdun bizə, gözəl keçir hər anımız
Sənin yolundur yolumuz, uğurludur sabahımız
Özün kimi davamçın var ümüdimiz, İlhamımız
Addımlayaq gələcəyə, zəfərlərdən-zəfərlərə Heydər baba,
Azərbaycan bayrağını sən ucaltdın yüksəklərə Heydər baba.
 
Müəllif : Rəşad  Ağazadə

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN