Milli adət-ənənələrimiz və müasirlik

Tarix: 27-12-2014 // saat: 12:45
Rayonun “Gənclər Evi”- ndə Kürdəmir rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən “Milli adət-ənənələrimiz və müasirlik” mövzusunda tədbir keçirilib. Keçirilən mərasimdə çıxış edən İcra Hakimiyyəti Başçısının ictimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli Ümumilli Lider Heydər Əliyevin ikinici dəfə hakimiyyətə qayıdışından sonra dini və milli, xüsusilə, Qurban və Novruz bayramlarına rəsmi dövlət statusunun verilməsi, eləcə də dövlət başçısının da, şəxsən bu bayramları xalqla birlikdə keçirməsini Azərbaycan dövlətinin milli adət-ənənələrinə sahib durmasının əyani göstəricisi olduğunu bildirib. Bu gün də, Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycanda tolerantlığın, milli və mənəvi dəyərlərin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirildiyi vurğulanıb.
Bu istiqamətdə gənclərin də üzərinə xüsusi vəzifə düşdüyü qeyd olunub. Bildirilib ki, milli adətlər, mənəvi dəyərlər gənclərimiz tərəfindən gələcək nəsillərə ötürüləcək. Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbə müdiri Nizami Məmmədov, Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli və rayon ziyalıları çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN