Kürdəmirdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi mövzusunda Rayon İcra Hakimiyətinin nümayəndələri, polis şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. 3 saylı tam orta məktəbdə düzənlənən mərasimdə 9-11 sinif şagirdləri də, iştirak edib. Görüş zamanı anti-narkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması və bu kimi digər məsələlər haqqında marifləndirici söhbətlər aparılıb. Həmçinin, vurğulanıb ki, narkomaniya insanları ölümə aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirirlər. Tədbirdə bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyi vurğulanıb.