Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edib

Tarix: 25-12-2014 // saat: 16:09
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı rayonunda bir qrup vətəndaşı qəbul edib. Müraciət edənlər sırasında Şamaxı ilə yanaşı Qobustan,İsmayıllı,Ağsu və Qəbələ rayon sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlər olub. K. Heydərov tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətinin bir çoxu yerindəcə həllini tapıb. Digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub. Müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN