Şamaxının Şərədil kəndinə təbii qaz verilib

Tarix: 25-12-2014 // saat: 10:32
Şamaxının Şərədil kəndinə təbii qaz verilib. Kənddə 105 abonentin evinə qaz çəkilib. Bu da, mavi yanacaqdan istifadə edəcək sakinlərin sayının 612 nəfər artmasıdır. Bununla da, rayonda qaz verilən kəndlərin sayı 34-ə çatıb. Artıq rayon üzrə əhalinin 82.5%-i təbii qazdan istifadə edir. Bu isə, Şamaxı üzrə 16430 abonentin mənzilinə sayğac və fərdi təmizləyicinin quraşdırılması deməkdir. Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev kənd sakinlərini təbrik edib. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində rayonda və respublikada görülən işlər barədə məlumat verib. Şərədil kənd sakinləri onlara göstərilən qayğıya görə, ölkə başçısı, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN