Kürdəmirdə 567 məcburi köçkün ailəsinə yardım edilib

Tarix: 25-12-2014 // saat: 10:31
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Kürdəmir rayon İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirilib. Kürdəmir Peşə Liseyində keçirilən mərasimdə rayon İcra Hakimiyyəti Başçısının İctimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini Anar Süleymanov, Kürdəmir rayon Məhkəməsinin sədri Sulduz Ləzimov məcburi köçkün ailələrini əlamətdar gün münasibətilə qarşıdan gələn hər iki bayram münasibətilə təbrik ediblər. Görüşdə 567 məcburi köçkün ailəsinə yardım paylanılıb. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN