Ağsu kəndləri

Tarixən Azərbaycan ərazisində məskunlaşmış, ölkəmizin müxtəlif yerlərinə yayılmış tayfalar, tirələr, nəsillər toponimlərdə, oykonimlərdə iz qoymuşlar. Həmin izlər nəsildən-nəsilə irsən keçmiş, folklorda, yaddaşlarda, yazılı mənbələrdə yaşamışdır.

Tarix: 9-11-2014 // saat: 18:21
Ağsu rayonunun 77 kəndi var. Hər bir kəndin adı maraqlı etimologiyası ilə seçilir. Ağsuçay və Girdimançay vadisində mövcud olmuş ,zəmanəmizə qalıqları gəlib çatmış qədim kəndlər, yaşayış yerləri, obalar dəyərli tarix və mədəniyyət abidələridir. Bu qədim yaşayış məskənlərinin adlarının etimologiyası haqqında müəyyən məlumatlar vermək mümkündur.
Kənd adlarının, oykonimlərin yaranmasında bir sıra amillər iştirak etmişdir:
1. Tayfaların, tirələrin, nəsillərin öz adlarını əbədiləşdirdiyi oykonimlər;
2. Antroponimlərdən-Şəxs adlarından yaranan oykonimlər;
3. Dini rütbələrdən yaranan oykonimlər;
4. Ərəb mənşəli oykonimlər;
5. Fars mənşəli oykonimlər;
6. Coğrafi yerləşməyə görə adlanmış oykonimlər.
XIX-XX əsrin əvvəllərinə aid mənbələrdə kəndlərlə yanaşı obaların da adları çəkilir. Belə obaların həm qışlaq, yaylaq torpaqları, həm də daimi binələri olurdu. Burada həmin obaların vaxtilə məskun olduğu binələrin bəzilərini kənd anlayışı altında qeyd edirik. Şirvan kəndləri öz mənĢəyinə görə də fərqlənir. Onların əksəriyyəti ayrı-ayrı nəsillərdən (təbəhlərdən) təşkil olunmuşdur: Gəgəli (Sarılı, Təhməzli, Məmmədli, Çobantəpəli, Nağılı, Daşdəmirli, Məmmədgarlı, Gülalılı, Döşobalı, Həşimxanlı, Bağırlı, Haputlu, Eyvazlı, Şərifli, Mehralılı, Qasımlı təbəhləri), Qaraqoyunlu (Muradxanlı, Bəyli, Çaylaq, Səməndərli, Söyündlü, Umbaylı və s. təbəhlər) və s.
 
 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN