Bölgədə seçicilərin üçdə biri artıq səsvermədə iştirak edib

Tarix: 23-12-2014 // saat: 17:20
23.12.2014
Saat 15:00-a olan məlumata görə, 87 saylı Ağsu-İsmayıllı dairəsi üzrə Seçici fəallığı 32.4 faiz olub. Dairə sədrinin sözlərinə görə, 38 735 seçicidən 12 557 nəfəri səs verib. Bu saata kimi hələ heç bir qanun pozuntusu müşahidə edilməyib. Xatirladaq ki, bu dairə üzrə Bələdiyyə seçkisi 62 məntəqə üzrə keçirilir. Bunlardan 56-sı Ağsu; 6-sı İsmayıllı rayonuna aiddir. Seçki nəticəsində 806 nəfər namizəddən 316 nəfər bələdiyyə üzvü seçiləcək.
*************************************
Saat 15:00-a olan məlumata görə, 57 saylı Kürdəmir dairəsi üzrə Seçici fəallığı 32.46 faiz olub. 42 772 seçicidən 13882 nəfəri səs verib. Xatirladaq ki, bu dairə üzrə Bələdiyyə seçkisi 42 məntəqə üzrə keçirilir. Seçki nəticəsində 433 nəfər namizəddən 172 nəfər bələdiyyə üzvü seçiləcək. Bu saata kimi heç bir qanun pozuntusu müşahidə edilməyib.
*************************************
Saat 15:00-a olan məlumata görə, 88 saylı Göyçay dairəsi üzrə Seçici fəallığı 33.6 faiz olub. Dairə sədrinin sözlərinə görə, 40 142 seçicidən 13500 nəfəri səs verib. Xatirladaq ki, bu dairə üzrə Bələdiyyə seçkisi 43 məntəqə üzrə keçirilir. Seçki nəticəsində 806 nəfər namizəddən 316 nəfər bələdiyyə üzvü seçiləcək.
*************************************
Saat 15:00-a olan məlumata görə, 89 saylı Göyçay-Ağdaş dairəsi üzrə Seçici fəallığı 32.1 faiz olub. Dairə sədrinin sözlərinə görə, 38 158 seçicidən 12 280 nəfəri səs verib. Bu dairə üzrə Bələdiyyə seçkisi 36 məntəqə üzrə keçirilir. Seçki nəticəsində 290 nəfər namizəddən 107 nəfər bələdiyyə üzvü seçiləcək. Hər iki dairə üzrə bu saata kimi heç bir qanun pozuntusu qeydə alınmayıb.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN