Bölgədə səsvermələr davam edir

Tarix: 23-12-2014 // saat: 13:16
 Saat 12:00-a olan məlumata görə 87 saylı Ağsu-İsmayıllı dairəsi üzrə
Seçici fəallığı 21.2 faiz olub. Dairə sədrinin sözlərinə görə, 38 735 seçicidən
8 226 nəfəri səs verib. Bu saata qədər heç bir qanun pozuntusu müşahidə edilməyib. Xatirladaq ki, bu dairə üzrə Bələdiyyə seçkisi 62 məntəqə üzrə keçirilir. Bunlardan 56-sı Ağsu; 6-sı İsmayıllı rayonuna aiddir. Seçki nəticəsində 806 nəfər namizəddən 316 nəfər bələdiyyə üzvü seçiləcək.
*********************************
Saat 12:00-a olan məlumata görə 57 saylı Kürdəmir dairəsi üzrə seçici fəallığı 22.4 faiz olub. 425 772 seçicidən 9 428 nəfəri səs verib. Xatirladaq ki, bu dairə üzrə Bələdiyyə seçkisi 42 məntəqə üzrə keçirilir. Seçki nəticəsində 433 nəfər namizəddən 172 nəfər bələdiyyə üzvü seçiləcək. Bu saata qədər heç bir qanun pozuntusu müşahidə edilməyib.
*********************************
Saat 12:00-a olan məlumata 88 saylı Göyçay dairəsi üzrə seçici fəallığı 23.4 faiz olub. Dairə sədrinin sözlərinə görə, 40 142 seçicidən 9 393 nəfəri səs verib. Xatirladaq ki, bu dairə üzrə Bələdiyyə seçkisi 43 məntəqə üzrə keçirilir. Seçki nəticəsində 806 nəfər namizəddən 316 nəfər bələdiyyə üzvü seçiləcək.
*********************************
Saat 12:00-a olan məlumata 89 saylı Göyçay-Ağdaş dairəsi üzrə
seçici fəallığı 23 faiz olub. Dairə sədrinin sözlərinə görə, 38 158 seçicidən
8 814 nəfəri səs verib. Bu dairə üzrə Bələdiyyə seçkisi 36 məntəqə üzrə keçirilir. Seçki nəticəsində 290 nəfər namizəddən 107 nəfər bələdiyyə üzvü seçiləcək.
Hər iki dairə üzrə bu saata qədər heç bir qanun pozuntusu qeydə alınmayıb.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN