Göyçay Bələdiyyə Seçkilərinin keçirilməsinə hazırdı

Tarix: 20-12-2014 // saat: 15:34
Göyçay rayonu üzrə Bələdiyyə Seçkiləri 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş dairələri üzrə keçiriləcək. Dairə sədrləri Eldəniz Həmidov və Nizami Məhərrəmovun verdiyi məlumatlara görə, bütün məntəqələr lazımı avadanlıqla təchiz olunub.
88 saylı Göyçay dairəsi üzrə Bələdiyyə seçkisi 43məntəqə üzrə keçiriləcək. Bunlardan hamısı kəndlərdə yerləşir. Məntəqələrdən 5-ində veb kameralar quraşdırılıb. Ümumilikdə, 40142 seçici 213 nəfər bələdiyyə üzvü seçməlidir.
547 namizədin ən yaşlısının 80 yaşı var. İlk dəfə səs vermək hüququ qazananlar isə, 416 nəfər təşkil edir. Dairə üzrə 437 nəfər müşahidəçi qeydə alınınıb.
89 saylı Göycay-Ağdaş dairəsi üzrə Bələdiyyə seçkisi 36 məntəqə üzrə keçiriləcək. Bunlardan 19- u kəndlərdə, 17-i rayon mərkəzi və qəsəbəyə aiddir. 19 məntəqə Göyçay, 17-si isə Ağdaşdadır. Məntəqələrdən 12-nə veb kameralar quraşdırılıb. Ümumilikdə, 38 158 seçici 290 nəfər namizəddən 11 bələdiyyə üzrə 107 üzv seçməlidir. Ən yaşlı namizədin 70 yaşı var. 467 nəfərsə ilk dəfə səs vermək hüquqi qazananlardır. Dairə üzrə 378 nəfər müşahidəçi qeydə alınınıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN