Göyçayda ağır avtomobil qəzası baş verib

Tarix: 18-12-2014 // saat: 10:58
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınan qeza nəticəsində 3 nəfər ağır bədən xəsarəti alıb. Belə ki, Göyçayın Çayarxı kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndərov Nizami Səmid oğlunun idarə etdiyi 23 BD 588 dövlət nömrənişanlı “ZİL” markalı yük maşını qarşıdan gələn Çayarxı kənd sakini 19 yaşlı Mikayılov Murad Əsəd oğlunun idarə etdiyi 23 BX 353 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil ilə toqquşub. Xəsarət alan hər iki sürücü və minik avtomobilinin sərnişini 1997-ci il təvəllüdlü Salmanov Asim Ağalar oğlu rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN