Şəhid əsgər hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunub

Tarix: 18-12-2014 // saat: 10:56
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, cəbhə bölgəsində şəhid olan əsgər Fətəlizadə Rüfət Nazim oğlu “Hərbi xidmətdə fərqlənməyə görə ölümündən sonra 3-cü dərəcəli medalla” təltif olunub. Ağsu rayon Şəhidlər xiyabanında düzənlənən mərasimdə şəhidin ailə üzvləri, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Ağsu rayon şöbəsinin, xidmət etdiyi hərbi hissənin və Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Hərbi hissə komandiri medalı şəhidin qardaşına təqdim edib. Xatşrladaq ki, bu il yanvar ayında Ağsudan hərbi xidmətə çağırılan Rüfət Mehdizadə Avqust ayının 9-da Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub .

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN