Orta Əsr Ağsu Şəhəri Arxeoloji Turizm Kompkesi

Tarix: 18-12-2014 // saat: 12:36
Azərbaycanın son orta əsrlərdə əhalisinin sayına və ərazisinə görə ən böyük şəhəri Ağsu şəhəri olmuşdur. Nadir şahın 1735-ci ildə paytaxt kimi inşa etdirdiyi şəhər 40 hektar sahəni əhatə etmişdir. Dəfələrlə hücumlara məruz qalmış, Şirvan xanlığının paytaxtı olmuşdur.
2010-cu ilin mart ayında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə şəhər ərazisində qazıntılara başlamışdır. 2012-ci ilin dekabr ayına qədər 3 il ərzində aparılan arxeoloji tədqiqatlar zamanı 1,5 hektar sahə öyrənilmiş, şəhərin qala divarı, sənətkarlıq məhəllələri, yaşayış evləri, Cümə məscidi, hamam, buzxana, su anbarları, su və kanalizasiya xətləri və s. iri tikililər aşkar olunmuşdur. 5 qazıntı sahəsindən 8000-dən çox qızıl, gümüş, mis, saxsı, şüşə, daş, sümük və s. eksponatlar inventarlaşdırılaraq götürülmüş, bir qismi muzeylərə təhvil verilmiş, bir qismi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində saxlanılmışdır.
2011-2013-cü illərdə 3 qazıntı sahəsində 7000 kv.m. sahənin üzəri örtülmüş, içərisində sərgilər qurulmuşdur. Qazıntını əks etdirən kitablar, broşürlər, jurnallar, filmlər, 3D roliklər, veb-səhifələr hazırlanmış, xaricdə və respublikda onlarla məqalə və məruzə nəşr edilmişdir. 2013-cü ildə 800-ü xarici olmaqla 8000 nəfər turist Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksini ziyarət etmişdir. 2012-ci ildə IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransı burada keçirilmiş, dünya arxeologiya və konservasiya elminin maraq dairəsinə daxil olmuşdur. 2014-cü ildə Mədəni İrsin Konservasiyasında Gənclər – YOCOCU IV Beynəlxalq Konfransı da burda keçirilmişdir.





















































Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN