Ağsuda heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb

Tarix: 13-12-2014 // saat: 12:17
Ağsu rayonunun iqtisadiyyatında aparıcı sahələrdən olan heyvandarlıq dinamik inkişaf edir.
Rayon statistika idarəsindən AzərTAc-a verilən məlumata görə, bu ilin on bir ayında heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Ət istehsalı (diri çəkidə) 12 ton artaraq 4533 tona, süd istehsalı 740 ton artaraq 26,1 min tona, yumurta istehsalı 85 min ədəd artaraq 7 milyon 181 min ədədə, yun istehsalı 4 ton artaraq 298 tona çatıb.
Hazırda heyvandarlıq təsərrüfatlarında mal-qaranın və davarların qışdan salamat çıxarılması, məhsul istehsalında inkişaf dinamikasının saxlanılması üçün bütün qüvvələr səfərbərliyə alınıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN