Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Tarix: 12-12-2014 // saat: 12:09
Dekabrın 12-də rayonun “Heydər Əliyev” parkında müasir demokratik Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə ümumrayon anım mərasimi keçirilib.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə , müəssisə, təşkilat rəhbərləri, məktəblilər , veteranlar, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirdə iştirak edən minlərlə kürdəmirlilər Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzməklə ona olan məhəbbətlərini və ehtiramlarını bir daha nümayiş etdirdilər.
Ulu Öndərin xatirəsini yad etmək üçün gələn hər kəsin dilində bir fikir səslənir-Nə qədər ki, Müstəqil Azərbaycan Dövləti var, Azərbaycan Xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.
Həmin gün şəhərin “Elşad” sarayında Ümummilli Liderimizin xatirəsinə ehsan verilmişdir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN