İsmayıllıda Ulu Öndərin xatirəsinə həsr edilən mini futbol üzrə rayon turniri keçirilib

Tarix: 12-12-2014 // saat: 12:04
İsmayıllı şəhərində rayon gənclər və idman idarəsinin, futbol və futzal federasiyaları filiallarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən mini futbol üzrə rayon turniri keçirilib.
AzərTAc xəbərr verir ki, İsmayıllı Olimpiya İdman Kompleksində iki gün davam edən turnirdə ayrı-ayrı idarə və təşkilatların, habelə bələdiyyələrin 24 komandası qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışların final mərhələsində İsmayıllı və Kürdmaşı bələdiyyələrinin komandaları qarşılaşıblar. İsmayıllı bələdiyyəsinin komandası 6:3 hesabı ilə qalib gələrək turnirin baş mükafatını qazanıb.
Turnirdə Kürdmaşı və Qalınçaq bələdiyyələrinin komandaları müvafiq olaraq II və III yerləri tutublar.
Qalib komandalara gənclər və idman idarəsinin diplomları, futbol və futzal federasiyaları filiallarının pul mükafatları verilib.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN