Kürdəmir rayonunda yeni poçt binası istifadəyə verilib

Kürdəmir rayon mərkəzindən 30 km məsafədə yerləşən Böyük Kəngərli kəndində müasir avadanlıqla təmin olunan yeni poçt binası istifadəyə verilib.

Tarix: 13-12-2014 // saat: 11:59
Kürdəmir rayon mərkəzindən 30 km məsafədə yerləşən Böyük Kəngərli kəndində müasir avadanlıqla təmin olunan yeni poçt binası istifadəyə verilib. Poçt 3 kəndin sakinlərinə xidmət edəcək. Ümumilikdə, 2000-dən çox sakin poçtun xidmətindən yararlanacaq. Bununla da, son illərdə rayonda istifadəyə verilən yeni poçtların sayı 10-a çatıb. Hazırda rayonda 26 poçt şöbəsi fəaliyyət göstərir. Mərasimdə çıxış edən rayon Poçtampın rəisi Əlimövsüm Ağayev ölkəmizin iqtisadi inkişafından söz açaraq, bütün sahələrdə olduğu kimi rabitə sistemində əldə olunan nailiyyətlərdən danışıb. Kənd sakinləri yaradılan şəraitə görə, ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.





Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN