Şirvanlı aşığın Şamaxıda 50 illik yubileyi qeyd olunub

Şirvan Aşıqlar Birliyinin sədri, Əməkdar Mədəniyyət işçisi, aşıq Ağamurad Şirvanlının Şamaxıda 50 illik yubileyi qeyd olunub.

Tarix: 12-12-2014 // saat: 11:52
Şirvan Aşıqlar Birliyinin sədri, Əməkdar Mədəniyyət işçisi, aşıq Ağamurad Şirvanlının Şamaxıda 50 illik yubileyi qeyd olunub. Rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi və AMEA Nizami adına Ədəbiyyat Muzeyinin dəstəyilə düzənlənən mərasimdə, bu sənətin özünəməxsus xüsusiyyətlərindən söz açaraq, bu məktəbin tarixi ənənələrini ləyaqətlə qoruyub saxlayan və davam etdirən aşıq Ağamurad Şirvanlınin yaradıcılığından danışılıb.
Rayon İcra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova İcra hakimiyyəti Başçısının fəxri fərmanını aşığa təqdim edib. Mərasimdə Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, akademik Vasif Məmmədəliyev, Seyfəddin Qəniyev və digər qonaqlar mədəniyyətimizin təbliğində aşıq sənətinin özünə məxsus rolu olduğunu vurğulayıblar.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN