Təhlükəsiz qida məhsulları istehsalı dövrün tələbidir

Ekologiya ilə əlaqədar olaraq bu sahədə mövcud olan problemlər, onları doğuran səbəblər və aradan qaldırılma yollarının araşdırılması xüsusi aktuallıq kəsb edir.
 

Tarix: 14-12-2014 // saat: 11:47
Ekologiya ilə əlaqədar olaraq bu sahədə mövcud olan problemlər, onları doğuran səbəblər və aradan qaldırılma yollarının araşdırılması xüsusi aktuallıq kəsb edir.
Beynəlxalq və ölkə səviyyəsində aparılan işlər belə də problemin tam həllini təmin etmədiyindən müasir dünyamız ekologiya, qida və sağlamlıq sənayesində yaranmış problemlərin dərhal həllinə ehtiyac duyur.
Təbii, ərzaq və sosial ekologiyanın müasir vəziyyətinə fövqaladə dərəcədə narahatlıq gətirən aşağıdakı amillər mövcuddur : iqlimin qlobal dəyişikliyi və qida ehtiyyatlarının itikisi; xəstəliklərin və ona yoluxan insanların sayının sürətli artımı; insan üçün olduqca təhlükəli və əvvəllər məlum olmayan xəstləliklərin meydana gəlməsi; biolojiləşdirmə, ekologiyalaşdırma, naturallaşdırma və təbii ehtiyyatlardan səmərəli istifadə olunması prinsiplərinin pozulması; qida məhsullarının keyfiyyətinin pisləşməsi; ərzaq ehtiyyatlarının qiymətinin kəskin artması, qida çatışmazlılığı və s.
Məlumdur ki, keçən əsrdə insanların sağlamlığına mənfi təsir göstərən amillərin sayı xeyli artmışdır. Onların arasında süni bioloji fəal maddələr və preparatlardan sağlamlılığın bərpası üçün istifadə olunması və xəstələr üçün bəzi diaqnostik metodların tətbiqi potensial təhlükə mənbəyi olmuşdur.
Keyfiyyətsiz qida və bir sıra dərmanların tətbiqinin ziyanlı təsiri insanların sağlamlığını kəskin pisləşdirir. Ərzaq , kənd təsərrüfatı, ekoloji və sosial – iqtisadi aləmdə yaranmış böhran vəziyyəti, mütərəqqi və ekoloji təhlükəsiz texnologiyalar və vasitələrdə bioloji prinsiplərin elmi əsaslandırılmış bazasında yeni müdaxilələrin tətbiqini labüd edir.
Məsələnin ciddiliyini başa düşən ABŞ alimləri 1989 – cü ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçiləri oldular. Belə hesab olunurdu ki, insanların əmək məhsuldarlığının genetik potensialının azalması, ölüm hallarının artmasının başlıca səbəbi qida məhsullarının kifayət qədər yüksək olmayan ekoloji keyfiyyəti ilə bağlıdır.
Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti probleminə Avropa Birliyi ölkələri ölkələri də böyük diqqət yetirirlər. Bu ölkələrin qida qanunvericiliyinin əsasında istehlakçını onun sağlamlığına zərər verilməsindən və məhsulun alqı – satqısında baş verə biləcək aldatmalardan qorumaq, ona səviyyəli və dolğun məlumatlar verilməsi durur.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması – makroiqtisadi, təbii və texnogen, texnoloji, arxeoloji, sosial, iqtisadi, siyasi risklərlə bağlıdır. Kənd təsərrüfatı məhsulları, xammal və ərzaq istehsalı sayəsində qüvvələri məhsuldarlığının yüksəldilməsinə, əkinə yararlı istifadəsiz torpaqların bərpasına, heyvandarlığın və onun yem bazasının inkişafına, dövlət dəstəyinin və bazarın tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsinə, kənddə sosial proqramların həyata keçirilməsi və maliyyə təminatının artırılmasına yönəldilmişdir.
Qida məhsullarının təhlükəsizliyinin təminatında bütün məhsullar üzrə - istehsal, saxlanılma, nəql olunma, emal, realizə və idxal əməliyyatları daxil olunmaqla texniki reqlamentin tələblərinə uyğun tədbirlər keçirilmişdir.
Dünya ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) məlumatına görə 1950 – 1985 – illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985 – 1995 – illərdə 12 milyon ton təşkil edirdisə, 2030 – cu il ilədək bu göstəricinin cəmi 9 milyon ton səviyyəsində olacaqdır. Dünya əhalisinin illik artımının 80 milyon nəfər olmasını da bura əlavə etsək qeyri – mütənasiblik aydın nəzərə çarpır. Yer kürəsində 2 milyarddan çox insan qeyri – normal qidalanma ucbatından mikromühitlər çatışmamazlıqdan əziyyət çəkir.
Bunları nəzərə alan ölkə prezidenti cənab İlham Əliyev "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramı"-nın qəbul edilməsi ilə bağlı sərəncam imzalanmışdır. Qeyd olunmuşdur ki, müasir dövrdə hər ölkə öz əhalisinin əsas qida məhsullarına olan təlabatını ödəyə bilməli və ölkənin ərzaq təhlükəsizliyini təmin etməlidir.
Bu gün dünyanın yalnız iki ölkəsi – ABŞ və Fransa öz əhalisinin qida məhsullarına olan tələbatını tam ödəyə bilir. Almaniyada bu 93%, ölkəmizdə 60 – 65% ödənilir. Super dövlət olan yaxın qonşumuz Rusiyanın daxili ərzaq bazarı qida məhsullarının idxalından yüksək asılılıq vəziyyətindədir. Ölkədə qida məhsullarının ümumi idxalı 46%, mərkəzi şəhərlərdə isə 70% (Moskvada 73%) təşkil edir.
Qida insanı xarici mühütlə əlaqələndirən ən mühüm amildir. Ərzaq xammalının və qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi - əhalinin sağlamlığını müəyyən edən və genefondu qoruyan əsas şərtlərdəndir.
ABŞ Milli Elmlər Akademisyasının məlumatına görə 90% funisidlər, 60% şerbisidlər və 30% insektisidlər xərçəng xəstəliyinin törəməsində səbəb ola bilər.
Dünya kənd təsərrüfatında istifadə olunan 400 pestisiddən 262 – i müxtəlif dərəcədə mutaenlərdir.
Qida məhsulları ətraf mühütdən bütün zərərli maddələri udmaq və böyük miqdarda özündən akkumilyasiya etmək xüsusiyyətinə malikdir.
Ətraf mühitdən 70% zərərlər insan orqanizminə bitki və heyvan mənşəli qidalara düşür. 1986-cı ildən qida məhsullarında radionuklidlərin səviyyəsi 60-cı illərə nisbətən 5-20 dəfə artmışdır. Son 5 ildə qida məhsullarının nitratlar və onların parçalanma məhsulları ilə çirklənməsi 5 dəfə artmışdır.
Ekoloji səbəblərdən keyfiyyətinin pisləşməsi ilə xammal emal üçün texnoloji xüsusiyyətlərini dəyişir. Bunun nəticəsində hazır məhsulun çıxımı kəskin azalır, xammaldan tullantıların miqdarı yüksəlir və onun qalma müddəti qısaldır. Belə ki, son illər dünya üzrə şəkər çuğundurunun şəkərliliyi, günəbaxanın yağlılığı, kartofun nişastalılığı, südün zülal və yağlılığı, tərəvəzlərdə quru maddələrin miqdarı azalmaqdadır. Bundan əlavə ekoloji nəticəsində genetik xüsusiyyətlərini dəyişən çoxlu meyvə və tərəvəz bitkiləri düzgün olmayan formada meyvə, kök yumurusu və kökmeyvə verir. Onlar isə mexanikləşdirilmiş yuma, təzmiləmə, uzunmüddətli saxlamağa yaramır. 50% - ə qədər istehsal olunan kartof standarta uyğun əyilmir.
Hazırlanan südə xarici mühitdən düşən zərərli maddələrin yüksək miqdarı uşaq qidası üçün məhsullar istehsalını 20-50% yararsız hala salır.
Qida məhsullarının təhlükəsizliyi haqqında danışdıqda ilk növbədə onun istehsalı üçün ekoloji təmiz xammal məsələsi ön plana çəkilmişdir. Bu problem həm dövlət səviyyəsində, həm də regionlarda həllini tapmalıdır.
Sağlamlıq üçün təhlükəsiz və təbii məhsullar istehsalı ekoloji təmiz ərazilədə təşkil edilməli və bütün məhsullar – xammalın alınması, emal, saxlanılma,nəqls edilmə və realizə xüsusi texnologiya və yerinə yetirilmişdir. Həmçinin təbii xüsusiyyətlərin maksimum saxlanılmasına çalışılmalıdır.
Ekoloji təmiz məhsul istehsalı üçün fermer təsrrüfatlarının (fermaların) yaradılması ideyasına Danimarkada başlanılmalıdır. Əhalinin belə məhsullara tələbatı olduqca yüksək olmuşdur. Tezliklə Danimarkada cüzi fermalar istehsal olunan bütün kənd təsərrüfatı məhsullarının ¼-i istehsal etmiş, 2005-ci ildən isə fermaların yarısı üzvi texnologiya ilə işləyirdi.
Böyük Britaniyada üzvi istehsala keçid çox zəyif başlamışdır. 1996-cı ildə bütün torpaqların yalnız 0,3%-i pestisidlərlə işlənməyə məruz qalmırdı. Üzvi məhsullara təlabat yerkökündə olan pestisidlərlə zəhərlənməyə mübahisələrdən (münaqişələrdən) sonra kəskin artmışdır. 1995-ci ildə məlum oldu ki, bütün yerkökü məhsulunun yarısında olduqda yüksək miqdarda üzvü fosfat pestisidləri vardır. 1997-ci ildə Böyük Britaniya hökuməti ekoloji təmiz məhsul istehsalına keçmiş fermalarla maliyyə subsidiyaların ayrılmasına dair qərar qəbul etdi. Mineral kübrədən, pestisidlərdən imtina edib, kompost, peyin və növbəli əkinə keşmiş fermerlərə qrantlar verilirdi.
2004-cü ildə Almaniyada uşaqlar üçün olan bütün qidaların yalnız üzvü məhsullardan hazırlanmasına dair qanun qəbul edildi.
ABŞ-da supermarketlərdə satılan bütün məhsulun 20%-ə yaxını “ üzvü “ məhsul kimi sertifikatlaşdırılmışdır. Lakin Avropaya nisbətən burada sertifikatlaşdırma qaydaları sadələşdirilmişdir.
Üzvü məhsullar üçün meyarlar müxtəlif ölkələrdə tam eyni deyildi. Ümumi xüsusiyyətləri tərəvəz, meyvə və tarla bitkilərini pestisidlərsiz, kimyəvi üzvlərsiz ,məişət tullantıları və çirkab suları məhsulları olmadan istehsal etməkdir. Məhsulların emalı ionlaşmış şüalar, kimyəvi əlavələr və rəngləyicilər olmadan həyata keçirilmişdir.
“Üzvü heyvandarlıq məhsulları“ anlayışı təbii otlaqlardan istifadəni nəzərdə tutmaqla, yemdə əvvəlcədən antibiotik və hormonların tətbiqini istisna edir. Qeyd etmək yerində düşər ki, ekoloji məhsullar istehsalı stabil yüksələn xətlə artır və bu artım ilə 10 – 20% təşkil edir. Burada həmin məhsulların qiyməti də əsaslı rol oynayır. Belə ki, ekoloji təmiz məhsullar digərlərinə nisbətən minimum 10 – 30% artıq qitmətə satılır.
Ekoloji aqroistehsalın beynəlxalq standartlarına görə Rusiyada 5,5 min hektar, İtaliyada 1,2 mln hektar, Böyük Britaniyada 650 min hektar, Avstraliyada 10 mln hektar, Argentinada 3,2 mln. hektar kənd təsərrüfatı torpaqları sertifikatlaşdırılmışdır. Ölkəmizdə mövcud olan əkinə yararlı sahələrin böyük çoxluğu təmiz sahələr olub, ekoloji təhlükəsiz məhsul istehsalını təmin edə bilər. Bu məsələnin uğurlu həlli əhali arasında geniş təbliğat və informasiya işləri aparmaq və mütəxəssislər hazırlamaqla mümkündür.
Kənd təsərrüfat məhsullarının saxlanılması və emalı zamanı çoxlu sayda istehsal qalıqları əmələ gəlir ki, onun da xeyli hissəsi istifadə olunmadan atılır və ətraf mühiti çirkləndirir. Rəqabətə davamsız məhsullara təlabatın zəif olması ucbatından belə məhsulların orta illik gücü 60-65%-i keçmir. Belə məhsulların əksəriyyəti izyanla işləyir, yaxud az rentabellidir.
Ölkəmizdə ərzaq məhsulları, xüsusilə də taxıl, kartof, tərəvəz, meyvə və s. Istehsalında son illər kifayət qədər əsaslı irəliləyişlər olmasına baxmayaraq, əhalinin bu resurslarla təminatı hələ də qənaətbəxş sayıla bilməz. Belə vəziyyətin başlıca səbəbi məhsulun istehlakçıya çatanadək bütün məhsullarda, xüsusilə saxlanılma zamanı (35-40%) böyük itkilərə məruz qalmasıdır.
Saxlanmalarla təminat, onlarln daxilində hər məhsul növünə uyğun mikroiqlim tənzimlənməsi, nizamlanan qaz müddətindən istifadə olunması və onun süni soyudulan kamerlarda həyata keçirilməsinə dair biliklər yox dərəcəsindədir.
Bu gün tərəvəz, meyvə və kartofun səmərəli saxlanılması - əhalinin həmin məhsullarla təminatının yaxşılaşdırılmasında vacib ehtiyac olub, bu yolla 15-20% əlavə məhsul əldə etmək olar.
Bunu nəzərə alan ölkə rəhbərliyi bölgələrdə ən mütərəqqi üsulları həyata keçirməyə imkan verən saxlantıların tikintisinə dəstək verməkdədir. Tikiləcək saxlantıların hissələrinin 2/3 hissəsinin Dövlət tərəfindən maliyyələşdirilməsi bu sayda əsaslı dönüş yaratmışdır.
Bunun nəticəsidir ki, bölgələrdə ondan çox belə saxlantı tikilir. Belə soyuducu – saxlamalarında nizamlanan qaz məntəqəsinin yaradılması və hər məhsula uyğun mikroiqlimin formalaşdırılması ilə məhsulun saxlanılması ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilmişdir. Lakin, təssüflə qeyd olunmalıdır ki, bu sahədə çatışmazlıq hiss olunmaqdır.
Müasir insanın qida rasionunda qida maddələrinin və bioloji fəal komponentlərin çatışmamazlığı orqanizmin xarici və daxili mühitinin əlverişsiz amillərinə davamlılığını zəiflətmiş olur.
Yeyinti qida məhsullarının çatışmazlığının formalaşmasında “əsaslı rol“ rafinasiya olunmuş məhsulların istehlakı, həmçinin də qida bioloji dəyəri azaldan resept və texnologiylarla hazırlanan məhsullar oynayır. Mövcud qanunvericilik qida məhsulları və ərzaq xammalı istehsalının istənilən metod və proseslərdən istifadəni mümkün sayır. Yalnız birbaşa insan sağlamlığına ziyan verən üsul və vasitələr istisnalıq təşkil edir. Məhsulun keyfiyyəti və tibbi bioloji dəyəri istehsalçının vicdanına. Onun məhsulun keyfiyyəti haqqında məlumatı deklarasiya xarakteri daşımır və obyektiv, standartlaşdırma xarakteri ilə üst-üstə düşmür.
Belə ki, sağlamlıq və səmərəli qidalanma sayəsində kifayət qədər miqdarda gigiyenik metodik tövsiyyələr olmasına baxmayaraq, bizim istehsalçılar buna əməl etmək iqtidarında deyildir. Məsələn: qidada heyvan zülal mənbəyi olan kolbasa məmulatları tərkibindən və hazırlanma texnologiyasından asılı olaraq həmin maddəyə olan təlabatı 5-70% arasında dəyişə bilir. Anoloji vəziyyət bir çox qida məhsulları üçün də xarakterikdir.
Aparılan araşdırmalar göstərir ki, istehsal olunan ənənəvi qida məhsulları istehlakçının vitaminidir, mikroelementlər və digər qida maddələrinə olan təlabatını tam ödəyə bilmir. Bu isə əhalinin ənənəvi qida məhsulları rasionunda dəyişikliklər aparılmasını labüd edir. Bu baxımdan son illər funksional məqsədli qida məhsullarından istifadə edilir. Belə məhsullar orqanizm istiqamətləndirici tənzimləmələrə təsir göstərir. Müalicəvi, proflaktiki funksional məhsullar yaradılması və tətbiqi, BMT-nin humanitar proqramına daxil edildiyindən öz aktuallığını bir daha artırır.
Müasir funksional qida məhsullarını şərti olaraq 2 qrupa bölmək olar : Bitki xammalı və heyvan mənşəli məhsullar əsasında alınan funksional qida məhsulları. Lakin, heyvandarlıq məhsullarının xüsusi çəkisinin nisbətən az olmasını və ölkənin ərazisində bitki örtüyünü nəzərə alaraq, həmin məhsulların bitki xammalı əsasında alınması məqsədə uyğun olardı.
Dünya bazarının təşkili əsasında funksional məqsədli məhsulların üç əsas sahəsi fərqləndirilir ki, bunların da istehsalda payı eyni deyildir: funksional çörək – qida məhsulları və qəlyanaltılar (18%), süd məhsulları (23%) və funksional içkilər (59%).
Müasir funksional qida məhsulları innovasiya işləmələri prosesində alınan və əsasən xaricdən gətirilən məhsullardır. Dünya bazarında innovasiya texnologiyaları ilə işləyən məhsulların payı 40-50%-ə çatmalıdır ki, qlobal rəqabət şəraitində müvəffəqiyyətlə işləmək olsun.
Ölkəmizdə bu sahənin inkişafl üçün təbii şərait və zəngin bitki ehtiyatları, xüsusi ilə də müalicəvi – dərman bitkiləri vardır. Bunlardan yararlanaraq geniş çeşiddə qida məhsulları, o cümlədən çörək – kökə məhsulları və içkilər hazırlamaq mümkündür. Belə məhsulların bir çoxunun antioksidant, antimikrob və antikansoregen təsirli olması onların müalicəvi – proflaktiki məqsədlərlə istifadə olunma ehtimalını artırır.
Qida məhsullarının keyfiyyətinin saxlanılmasında, onların bioloji təhlükəsizliyinin təmin olunmasında və xarici təsirlərdən qorunmasında qablar və qablama materialları başlıca rol oynayır. Qablama materialının düzgün seçilməsi qida məhsuluna cəlbеdici əmtəə görkəmi verir və onun saxlanılma müddətini artırır.
Hazırda qida məhsulları üçün çox müxtəlif qablama materiallarından istifadə olunur. Məsələn: kağız, kardon, sellafon polimer və kobinə edilmiş materiallar, tənəkə, şüşə, aliminium və s.
Lakin geniş istifadə olunan polimer sintetik qablama materialları və pərdələrin müəyyən çatışmazlıqları vardır. Əvvəlcə onlar bərpa olunmayan təbii ehtiyyatlardan (neft, daş kömür, qaz və s.) istehsal olunur. İkinci bir tərəfdən plastikin son vaxtlardır üstünlüyü hesab olunan onun uzun ömürlü olması, perspektivdə planetin ekologiyası üçün təhlükə törətmiş olur.
Qeyd etmək lazımdır ki, dünyada hər ilə 8-10% artımla 200 mln. ton plasmas istehsal olunur. Onların hamısı vaxtaşırı tullantıya gedir. Bununla bağlı ekoloji problemin kəskinləşməsi 70-ci illərin ortalarında alimləri biopolimerlərdən bioparçalanan qablar istehsalında istifadə imkanlarına diqqət yönəltməyə vadar etdi. Sintetik polimerlərə bioloji parçalanmaq xüsusiyyəti verən çox səmərəli və geniş yayılmış üsul – polimer qarşığına müxtəlif nişastalar vurulmasıdır.
Son vaxtlar istismar xüsusiyyətlərini yalnız müəyyən müddət saxlayandan sonra isə təbii şəraitdə fiziki-kimyəvi və biloji çevrilmələrə məruz qalan biopolimerlərlə üstünlük verilməkdədir. Bioparçalanan plastiklər kompostlaşdırılmada mikroorqanizmlərlə (bakteriyalar, göbələklər) parçalanırlar. Bioparçalanan plastiklər təbii və sintetik polimerlər və onların qarşısından alına bilər. Bioparçalanan plastiklər tamamilə və bir qədər parçalanan ola bilər.
Hazırda yeyinti sənayesində prinsipcə yeni qablama materialları yaradılmasına böyük əhəmiyyət verilir. Həmin material zərərli olmamalı, tullantıya asan gеtməli, məhsulu mikrob yoluxmasından və havanın oksigeninin təsirindən səmərəli qorumalı, saxlanılma və istehsal prossesində məhsul itkilərinin qarşısını almalıdır. Bununla əlaqədar olaraq, dünyanın bütün alimləri yeniləyən qablama materiallarının yaradılması və çeşidinin artırılmasına xüsusi diqqət verilir. Belə qablama materialı qida məhsulu ilə birgə istifadə olunmaqla ətraf mühiti çirkləndirməkdən, məhsulun dozalaşdırılması və porsiyalara ayrılmasını sadələşdirir.
Yeyilən pərdə və örtüklər almaq üçün polimer quruluşa malik çox müxtəlif təbii maddələrdən, məsələn: bitki və heyvan mənşəli zülallardan, politlərdən, lipidlərdən və s. istifadə olunur. Müdafiə pərdələrinin və örtüklərin tərkibinə onların əsasında müxtəlif əlavələr, plastifikatorlar, yağ turşuları, həmçinin konservantlar, antioksidantlar, bakteriosinlər və s. daxil edilir. Belə “ fəal” qablar daha yüksək müdafiə və istismar göstəricilərinə malik olur. Onlarda qoyulmuş məhsulun gərəkli xassələrinin və mikrobioloji stabilliyinin uzun müddət saxlanılmasını təmin. Hazırda ət, toyuq, quru səhər yeməyi, qənbnadı məmulatları, tərəvəz, meyvə və s. qida məhsullarının qablaşdırılmasında yeyilən örtüklər kollaqen, süd zülalı - kafein, soya zülalı, jelatin, nişasta, selilloza efirlərdən istifadə olunmaqdadır.
İstehsalda əmələ gələn qalıqlar təbii vəziyyətdə itkisiz 2-3 gün müddərində saxlanılır. Uzun müddətli saxlanılmada onlar qidalılıq xüsusiyyətini itirərək turşuyur, çürüyür, qıcqırır, ətraf mühiti çirkləndirir.
Hazırda az istifadə olunan qalıqlara – şəkər çuğunduru sənayesində filtirdə qalan çöküntü (defekat), spirt sənayesində mayadan və spirtdən sonrakı barda, nişasta istehsalında kartof şirəsi, tütün tüstüsü həmçinin qıcqırma qazı aiddir.
İçində 3 min ton şəkər çuğunduru emal etmək gücündə olan zavodda əmələ gələn filtr çöküntüsünün saxlamaq üçün 5 ha. torpaq sahəsi tələb olunur. 5 min ton kartof kartof şirəsinin yalnız 20% - ə qədəri istifadə olunur. Spirt sənayesində əmələ gələn karbon qazının 20% - i istifadə olunur, qalanı atmosferə atılaraq, istixana sərmayəsini ölçüləndirir. Ümumiyyətlə, ikinci məhsulların xeyli hissəsi sərmayəsiz istifadə olunur, bəzən zibilə və su mənbələrinə atılır ki, bu da təbiətə böyük ekoloji zərbə vurur.
Qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlmək olar ki, təhlükəsiz qida məhsulları yaradılması üçün sağlam məhsullar istehsalının yeni elmtutumlu texnologiyası işlənib hazırlanmalı və bunun üçün aşağıdakı istiqamətlətə xüsusi diqqət yetirilmişdir:
- Təhlükəsiz qida məhsulları istehsalının qanunvericilik bazasının formalaşdırılması;
- Əhalinin həqiqi vəziyyətə dair geniş məlumatlandırılması və ekoloji savadsızlığın aradanm qaldırılması;
- Yüksək keyfiyyətli və ekoloji təhlükəsiz ərzaq xammalı istehsalının təmin olunması;
- Qida məhsullarının ekoloji təhlükəsiz qalıqsız texnologiyasının və keyfiyyətinə nəzarət metodlarının işlənməsi;
- Funksional proflaktiki, müalicəvi qida məhsullarının texnologiyasının işlənib hazırlanması;
- Ərzaq xammalı və qida məhsullarının müasir saxlanılma və nəql olunma texnologiyası;
- Qida məhsulları üçün mövcud və yeni qablaşdırma növlərinin təkmilləşdirilməsi;
- Məhsul haqqında dolğun istehlak məlumatları, onun istehsalçısı, təhlükəsiz yanaşma tələbləri, nəql olunma daxil olmaqla istifadə və tullantıya etmə, həmçinin də istehsalçılar və qablaşdırılma xüsusiyyətləri, o cümlədən də ekologiyalaşdırılması;
- Müasir avadanlıq və cihazlara malik olmaqla yerli və idxal olunan qida məhsullarının keyfiyyəti və təhlükəsizliyinin monitorinqi təmin edilməli, yüksək ixtisaslı və təhlükəsizliyinin monitorinqi təmin edilməli, yüksək ixtisaslı mütəxəssis – analitiklər hazırlanmalıdır.
 
Prof. Dr. Vüqar Mikayılov

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN