İsmayıllıda ilk dəfə səs verəcək gənclər maarifləndirilib

Görüşdə Seçki Məcəlləsi, ümumən seçkilərlə bağlı gəncləri maraqlandıran suallar da ətraflı cavablandırılıb.

Tarix: 11-12-2014 // saat: 11:06
Dekabrın 23-nə təyin edilən bələdiyyə seçkiləri ərəfəsində İsmayıllıda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.
AzərTAc xəbər verir ki, maarifləndirmə məqsədilə təşkil olunan tədbirdə rayon məhkəməsinin hakimi Azad Əliyev, 86 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının katibi Məhruzə Hüseynova və başqaları çıxış edərək Azərbaycan Konstitusiyasında təsbit olunmuş insan hüquqları, ölkəmizdəki azad, demokratik seçki sistemi, hər bir vətəndaşın seçib-seçilmək hüquqları barədə müvafiq qanunvericiliklə əlaqədar ətraflı məlumat və izahatlar veriblər.
Görüşdə Seçki Məcəlləsi, ümumən seçkilərlə bağlı gəncləri maraqlandıran suallar da ətraflı cavablandırılıb.
 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN