Salam aleykum, ey qohum!
Yada salmırsan heç məni,
Xatırlaram mənsə səni.
Deyirsən ki, mən heçnəyəm,
Tam razıyam, amma özün?
Bəs sən nəsən?
Güman etdin ki, bir şeysən?
Yazıq olma, böbürlənmə,
Allah verən canı alsa, biraz sümük,
Biraz pislik, biraz ətsən!
Mən səndən artıq deyiləm,
Həmdəki, əksik deyiləm.
Nəyim varsa səndə də, var
Sadəcə mən söz deyirəm
Lütf eyləyib Allah verib
Yalnız bircə fərqimiz var
Bunca zaman iki gözun
Doğru deyil əyri görub.
Qəlbindəki o gözü aç
Üzü gözəl, özü fani
Bu dünyanı tərkelə qaç.
Yalnız onda görərsən ki,
Nələr yoxdu nələrsə var.
Doğru düzgün görünməkçün ,
Həqiqəti bilmək üçün,
Mənliyindən keçmək üçün
Külli ağıl dəryasına
Baş vuraraq həyatdaykən ölməlisən
Allah versə o dəryadan bir damlacıq
Pay alaraq, paklanaraq dönməlisən,
Yaradana qulluq edib
özün kimi heçnələri sevməlisən.
Var oluşun sahibinə boyun əyən
Adəm, Həvva əcdadımız
Bizi, yəni heçnələri törətdilər,
Çoxaldaraq əzizləyib bəslədilər.
Yaradana qulluq edib,
Yer özünü abad edib,
Əmrlərə uymaq öçün
Hümmət deyib
Bir araya toplayaraq söylədilər:
Allah öçün can daşıyan məxluqatda ən üstün
və şərəfliyiz
Layiqincə qulluq edib, Yaradanın dərgahına
dönməliyik.
Özlüyündə heçnə olub, Allah ilə var olanlar
Biraz müddət canla-başla qulluq edib Allah
üçün yarışdılar,
Yarışdıqca qızışdılar, qızışdıqca dartışdılar,
bölüşdülər, qapışdılar, pozuşdular,
boğuşdular, dalaşdılar…
Qardaş qanın yerə töküb, murdarlaşıb yer
üzündə çaşqın-çaşqın dolaşdılar,
Xəstəliyə düçar olub bir qaynaqdan, eyni
candan, eyni qandan olduğunu unutdular,
Əcdadların unutdular, özlərini unutdular…
Allah verən hər əşyanın öz ismi var,
Adəm bilən isimləri unutdular,
Var oluşun sahibini unutdular.
Unutduqca unutdular, tam unudub
qudurdular
Orda-burda tam sərgərdan dolaşaraq
Yaradanın var etdiyi bu möhtəşəm
təbiətdən çox qorxdular
Dəstə-dəstə toplanaraq dağda, daşda,
mağarada oturdular
Heyvanlarla əlbəyaxa dalaşaraq
Çiy ət yeyib, çiy qan içib lap onlara tay
oldular.
Zaman durmur! çoxaldıqca çoxaldılar
Gün altında çox qalanlar qaraldılar
Qarda-qışda yaşayanlar ağardılar
Ayrı-ayrı iqlimlərin təsiriylə rəngdən-rəngə
boyandılar
Hər bir dəstə ayrılıqda tək özlərin
bəyəndilər,
Fərqli səslər çıxardaraq,
fərqli sözlər oluşdurub
əşyalara ad qoydular
üns edərək əyləndilər.
Allah verən odda bişən ətdən yeyib
Heyvanlardan yavaş-yavaş uzaqlaşıb,
Biz deyəsən heyvan deyil, çox fərqli bir
şeyik deyib sevindilər
Mağaranı tərk edərək, bir birindən yaraşıqlı
saraylarda məskunlaşıb
Gözü görən, əli çatan hər bir şeyi zəbt
edərək dövran sürüb keçindilər,
Yaradanın bəxş etdiyi elmləri,
Biz çalışıb icad etdik söylədilər.
Allah sevən qullar xaric - əksəriyyət
Sühuf nədir? Lövhə nədir?
Zəbur nədir? İncil nədir?
Ən sonuncu Kitab nədir?
Quran nədir? Allah verən bu məhəbbət,
Sevgi nədir? – bilmədilər!
Nur olaraq bəxş olunan, eşq adlanan,
bu qödrətli güc qaynağın
kor-koranə parçalayıb, xırdalayıb,
bu dünyada ucuz olan hər nə varsa;
Tam onlara xərclədilər!
Həvəs və hirs, istək-arzu,
boş xəyallar əldə edib,
Çeşid-çeşid özlərinə bütlər edib,
Özlərini bir şey sanıb,
Qürurlanıb, kibirlənib,
Bir-birindən üstə çıxıb,
Rahat yatıb, dadlı yeyib,
Gözəl-gözəl nemətləri üyüdərək
dövran sürüb əyləndilər.
Əzrailin gəldiyi gün,
bəs niyə gəldim? Niyə getdim?
Heç bilmədilər, bilmədilər, bilmədilər.
Bu işlərə heç qarışmam,
bilməyənin aqibəti bizlərə tam bəlli deyil,
Bilənləri Allah sevir,
onların da aqibəti tək Ondadır, qeyri deyil.
Amma qohum, sən heç qorxma,
bilməyəndən bilənlərə məsafə
çox uzaq deyil,
Ömrə bədəl – bir sətirdir:
Bilənlərə hər şey Odur!
Həm Ondandır!
Bilməyənə bir şey yoxdur, qeyri deyil.
Yaradanın elçiləri əmrləri təbliğ edib,
uyardılar,
Anlayanlar oyanıban canlarını qurtardılar,
Bir şey olmaq xəyalıyla
nəfislərə tam uyanlar daha da çox
qudurdular,
Qüllələrə dırmanaraq, asimana oxlar atıb,
Yaradana tay olmağa dartındılar,
Axsaq olan ağcaqanad kəllələrin dağıtsa da,
Oyanmayıb, cahiliyyin çirkabında
boğuldular.
Sonsuz olan asimanda bir zərrəcik olan
dünya,
Mənim kimi, sənin kimi toz dənəsin öz
qoynunda barındırıb,
Fırlanaraq əmr olunan yörüngədə axıb gedir,
öz başına, öz keyfinə ora-bura dartınmağa
cəhd eyləmir,
Gördüyümüz bu aləmdə min bir belə ibrətlər
var,
Əfsuslar ki, qanmazlara kar eyləmir.
Beləki, ey əziz qohum:
Məxluqatın şərəflisi, eyni anda şərəfsizi,
eyni anda ağıllısı, həm dəlisi,
həm gözəli, həm çirkini,
eyni anda min bir sifət sərgiləyən,
Yaradanla gözəlləşən, öz nəfsiylə
çirkinləşən,
üzü yalnız boş bir qəlib, bizim kimi heçnə
olar!
Nədir qohum? Ağır gəlir?
İnanmırsan?
Amma qorxma, qurtuluşa bir addım var,
Ağıllı ol, boynuna al:
Allah Təkdir! Əhəd Odur! Səməd Odur!
Ondan başqa İlah yoxdur!
Böyük olan yalnız Odur!
Əvvəl Odur! Sonu yoxdur!
Sənsiz, mənsiz, bütün bom-boş qəliblərsiz,
Öz Nurunu tamamlayan,
Qanmazları qəhr eyləyən,
Sevənlərin dərgahına cəm eyləyən,
Yalnız Odur!
Vallah Odur! Billah Odur!
(müəllif) - Heçnə