1578-ci ilə aid Osmanlı sancaq təqsimatında Zərdab sancağının da adı verilir. Zərdab həmin dövrdə 500 ailəsi olan böyük kənd idi. Bu kənddə Həsən bəy Zərdabi dünyaya gəlmişdir. XVIII-XIX əsrdə Zərdab öz şəhər əhəmiyyətini itirirdi. Çoxlu nəsillər kəndi tərk edirdilər. Ağsu rayonunun itib-batmış kəndlərindən olan Ərəbmehdibəy kəndinin 3-4 kilometrliyində Yuxarı Şirvan kanalının altında yerləşən Zərdab kəndi də o vaxtlar məskunlaşmışdır.Zərdab fars dilində "Sarısu" deməkdir. Oykonimin mənası "axmaz, bataqlıq, gölməçə suyu" anlamındadır.