Şirvan düzündə yerləşən kəndlərdən biri Ülgüclü kəndidir.Ülgüclü kəndi yaxınlığında XVIII əsr Ağsu şəhərinin xarabalığı vardır. Ağsuçayın vadisində yerləşməsinə baxmayaraq kəndin əhalisi XIX əsrdə yarımköçəri həyat sürmüşdür. Ülgüclü şamaxı rayonundakı Ülgüc kəndindən köçüb gəlmiş ailələrin yaylaq sahəsinin adı olmuş, oturaq həyata keçdikdən sonra kənd də belə adlanmışdır.