Ağsu rayonunun itib-batmış kəndlərindən biri Talış kəndidir. Talış oykonimi Azərbaycanın cənub zonasında yaşayan talış etnik qrupunun adı ilə bağlıdır. Talışlar Ağqoyunlu-Səfəvi mübarizəsində Səfəvilər tərəfindən iştirak edirdilər. Qızılbaşlar içərisində yeganə irandilli tayfa olan talışlar hərbi xidmətlər əvəzində şimali Azərbaycan ərazisində torpaq sahəsi alırdılar. Talışlar bu torpaq sahəsini öz etnik adları ilə adlandırırdılar. Kənd əhalisi keçən əsrdə şamaxı şəhərinə köçmüşdür.