Ağsu şəhərinin əhatə etdiyi ərazinin müəyyən hissəsində vaxtilə şıxməzid kəndi mövcud olmuşdur. Getdikcə böyüyən Ağsu şəhərinə qarışmışdır.Əhalinin bir hissəsi isə yaxınlıqdakı Pirhəsənli kəndinə köçmüşdür. Bu kəndin ərazisi və əhalisi XX əsrin 30-cu illərinə qədər Şıxməzidli nəsillərin türbə,dəyirman və s. tikinti obyektləri qalmaqda idi.Şıxməzid oykonimi şeyx Məcid antroponimindən yaranmışdır. Lakin Məzyədilərlə bağlılıq da qeyd olunur. Ərəb əsilli olan məzyədilər şeyx kimi tanınırdı.Şeyx Məzyəd Şıxməzid formasına düşmüşdür.