A.P.Fituniyə görə Suraxanı "yeddi cərgəli" daha dəqiq "yeddi xəndəyi olan" deməkdir. Lakin bu oykonimin ərəb dilində sur "divar" və fars dilində xana "ev" sözlərindən yarandığını da ehtimal edirlər. Digər ehtimala görə Suraxanı kəndini ilk bina etdiyi üçün "Suriya ölkəsindən gələn şəxsin kəndi" adı ilə formalaşaraq indiki Suraxanı şəklinə düşüb. Digərləri isə onun tat dilindəki sur (isti) və xani (bulaq, mənbə, qaynaq) sözlərindən ibarət olub, "isti bulaq" mənası daşıdığını göstərirlər.