Sorsor

Tarix: 9-12-2014 // saat: 10:29
M.H.Vəliyev Sorsor tayfasının XIII əsrdə Hülakilər tərəfindən Qərbi Türküstandan Azərbaycana köçürüldüyünü qeyd edir. Sorsor tayfası Ağsunun qədim tayfalarından olmuşdur. 1737-39-cu illərdə Nadir şahın şirvana hakim təyin etdiyi Sərdar xan Ağsu şəhərinə bir çox Dərbənd ailələrini köçürdü. Əvəzində isə şirvandan "davakar, nadinc" adamlar kimi tanınan sorsorları Dərbənd və Quba ərazilərini ləzgilərdən müdafiə etmək üçün həmin yerlərə köçürdü. Habelə sorsorlar Ağsu şəhərində və ətrafında yerləşdirildi.1824-cü ilə aid sənədlərdə şirvan əyalətinin Xançoban və Houz mahallarında Sorsor obasının adı verilir.  

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN