Sanqalan (Güneyqazma, Leninabad)

Tarix: 9-12-2014 // saat: 10:28
Güneyqazma kəndinə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Leninabad (V.İ.Leninin şərəfinə) adını vermişdilər. Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildə Ağsu rayonundakı bəzi kənd adları kimi Leninabad kənd adı da dəyişdirildi və Sanqalan adlandırıldı. Oykonim tat dilindəki səng (daş) sözündən və -lan "məkan bildirən formadan" ibarət olub "daş olan yer, daşlıq" mənasındadır. Sanqalan kəndində 500 il yaşı olan qocaman palıd ağacı sitayiş yeri kimi ziyarət olunur.Bura mal piri də deyirlər.  

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN