Pirhəsənli

Tarix: 9-12-2014 // saat: 10:22
Ağsu rayonunun böyük kəndlərindən olan Pirhəsənli kəndi XIX əsrin əvvəllərində şirvan əyalətinin Xançoban mahalına, sonralar isə şamaxı qəzasının Xançoban dairəsinə daxil olmuşdur. Həmin dövrdə 58 ailə yaşayan Pirhəsənli kəndi dini ocaqların mərkəzidir.Pirhəsənli oykonimi pir, həsən və -li hissəciklərindən ibarətdir. "Pir" dini rütbə kimi Pirhəsənli dini ocaqları, pirləri ilə bağlıdır. Göründüyü kimi oykonim antroponimdən yaranmışdır.Kəndin keçmiş tam adı Pirhəsənli Kəngərli və ya Pirhəsənli kən-gərlisi olmuşdur. Oykonim Quba xanı Fətəli xanın 1782-ci ildə bir hissəsini Qarabağdan şirvana köçürdüyü kəngərli tayfasının adı ilə əlaqədardır.  

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN