Ləngəbiz

Tarix: 9-12-2014 // saat: 10:06
Ləngəbiz oykoniminə ġirvan ərazisində həm də oronim (dağ adı) kimi rast gəlinir. Ləngəbiz kəndi XIX əsrin əvvəllərində şirvan əyalətinin Qoşun mahalına daxil olmuşdur. 1824-cü il sənədlərində Ləngəbiz kəndinin 30 ailəlik nüfusa malik olduğu qeyd edilir. Ləngəbiz oykonimi bəzi mənbələrdə Lanqobaz kimi yazılır.Bir fikrə görə toponim fars dilindəki ləng (dayaz yer, çala, çökək) və biz (buz puz sözünün təhrif edilmiş variantı olub, "çıxıntı" deməkdir)komponentlərindən ibarətdir. Digər fikrə görə isə Ləngəbiz toponiminin tərkibindəki ləng/ləngər İran dillərində "ticarət karvanının dincəlmək üçün bir-iki günlüyə dayandığı, ləngidiyi dayanacaq", biz isə "yüksəklik, dağ" mənasındadır.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN