Qarabağın cənnəti - Şuşa

7 May 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında  Azərbaycanın cənnət guşəsi olan Şuşanın ermənilər tərəfindən işğalının 27-ci ildönümünün anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhər 3 nömrəli məktəbin 10-cu sinif şagirdləri iştirak edirdi.

Tarix: 7-5-2019 // saat: 20:31
Çıxış edən rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov Şuşa şəhəri, onun tarix və mədəniyyət abidələri, yazarları barədə məruzə etdi. Vurğuladı ki, işğal nəticəsində 480 nəfər qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər didərgin düşüb, 289 kvadrat kilometr ərazi ermənilərin nəzarətinə keçib. Çıxış edən Gültac Faiqzadə, Leyla Orucova, Könül Cəbrayılova və  Elvariz Məlikov əmin olduqlarını bildirdilər ki, qüdrətli Azərbaycan Ordusu tezliklə işğal altında olan bütün torpaqlarımızı erməni əsarətindən azad edəcək, yurdlarından didərgin düşmüş həmvətənlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Sonda tədbir iştirakçıları eyni adlı kitab sərgisi ilə tanış oldular.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN