Layihə çərçivəsində şagirdlərin böyük maraq doğuran canlı görüşləri oldu. Türkiyə şagirdləri gözəl mahnılar oxuyaraq şagirdlərimizə böyük zövq verdilər. Azərbaycan şagirdləri Azərbaycan və Türkiyə dostluğuna aid şerlər söylədilər. Şagirdlər mədəni irsimizə aid hazırladıqları çalışmalarının çox gözəl olduğunu, mədəni irsimizi dolğun əks etdirdikləri haqqında bir-birlərinə fikirlərini bildirdilər. Onlar Novruz bayramı, adət-ənələrimiz, Çanaqqala zəfəri ilə əlaqədar hazırladıqları maraqlı təqdimatları ilə bir-birlərinə əhatəli və dolğun məlumatlar verdilər. Hər bir şagird Azərbaycan və Türkiyə qardaşlığının əbədi və daimi olacağı haqqında fikirlərini bildirdi. Bu görüş şagirdlərdə xoş təəsüratlar yaratdı.