Aprel döyüşləri bizim şanlı qələbəmizdir

04 Aprel 2019-cu il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Aprel döyüşlərinin 3-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. 

Tarix: 7-4-2019 // saat: 08:21
Rayon Mədəniyyət Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan tədbiri mərkəzin direktoru Mahir Məlikov açdı. Aprel döyüşləri şəhidlərinin xatirəsi anıldıqdan sonra  şəhər 2 saylı məktəbin direktoru, tarix müəllimi Sənan Nemətov 2016-cı ilin Aprel döyüşləri, onun mənəvi-psixoloji nəticələri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Daha sonra çıxış edən rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov Aprel şəhidləri, o cümlədən Ağsunun Bico kəndindən olan şəhidimiz Toğrul Fərəczadə haqqında məlumat verdi. Çıxış edənlər belə bir fikir vurğuladılar ki, tezliklə müzəffər Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı  erməni əsarətindən azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN