Külüllü

Tarix: 9-12-2014 // saat: 09:56
1824-cü ilə aid mənbələrdə şirvan vilayətinin Bölüksət mahalına daxil olan Külüllü kəndində 28 ailə yaşayırdı. Külüllü oykonimi şirvan ərazisində yaşayış məskəni kimi tanınan kühül komponentindən və -lü şəkilçisindən ibarətdir.Kühül mağara tipli yaşayış yeridir. Vaxtilə Küllülü kəndi iki hissədən (müsəlman və malakan) ibarət olmuşdur.Kənd ərazisində XX əsrin ikinci onilliyində Çuxuryurddan (şamaxı) Küllülü kəndi yaxınlığındakı su dəyirmanmda işləmək üçün Vasili xozeynin başçılığı ilə 8 malakan ailəsi məskunlaşmışdır. Sovet hakimiyyəti dağıldıqdan sonra malakan ailələri Çuxuryurda qayıtdılar. Hal-hazırda kənddə malakan yaşamır.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN