Ağsutexçilər Az-Granata-da ilk dərs keçiblər

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “AĞSUTEX: Məktəbdə texniki fənnlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinin icra planına uyğun olaraq 07.11.2017-ci il tarixində Ağsutexçilər üçün Az-Granata MMC qida sənayesi müəssisəsinin laboratoriyasında birinci dərs keçirilib.

Tarix: 10-11-2017 // saat: 01:20

Silsilə dərslərdən əsas məqsəd müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini və beynəlxalq təhsil proqramları ilə əlaqədə inkişafını təmin etməkdir. 
Əvvəlcədən sorğu əsasında müəyyən edilmiş texniki-təbiət - kimya, fizika, biologiya, texnologiya fənlərinə daha çox maraq göstərən Ağsutexçilər laboratoriya ilə yaxından tanış olublar. Laboratoriya müasir texniki avadanlıqlarla yüksək səviyyədə təchiz olunub. Laboratoriyanın əməkdaşları - Balaxanım Məmmədova, Nərmin Bəşirli, Zahir İsazadə, Təranə Hacızadə çox yüksək səviyyədə laboratoriyanın imkanlarını Ağsutexçilərə izah ediblər. Ayrı-ayrı fiziki və kimyəvi cihazlar haqqında məlumat verərək şagirdləri maraqlandıran sualları ətraflı cavablandırıblar.
Ağsutexçilər məktəb dərsliklərində oxuduqları və məktəb laboratoriyasında görmədikləri bəzi avadanlıqlar, cihazlar haqqında ətraflı məlumat alıblar. PH metr, Genobio (kükürd və şəkəri ölçən cihaz), Aerometr (şəkəri və etil spirtini ölçür), su hamamı, mərkəzdən qaçmaya əsaslanan avadanlıq, termostat (quruducu avadanlıq), Turbidimetr (şəffaflıq və bulanıqlığı müəyyən edən cihaz), Titrədici (qarışdırıcı) cihaz, etil spirtini qovan(ayıran) cihaz və s. ilə təcrübi olaraq tanış olublar.
Prof.Dr. Vüqar Mikayılovun təşkilatçılığı ilə Az-Granata MMC qida sənayesi müəssisəsinin laboratoriyasında dərslər gələn həftələrdə də davam edəcək. 
 
Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN