Ağsuda genişmiqyaslı qazıntılar davam edir

2013-cü ilin may ayından etibarən Ağsu rayonunun Bəyimli kəndində yerləşən Mehrəvan qalasında aparılan arxeoloji qazıntı işləri davam etməkdədir. Aparılan arxeoloji qazıntıların son vəziyyəti ilə bağlı Ağsu arxeoloji ekspedisiyasının üzvü Elmira Abbasova ilə keçirdiyimiz müsahibəni təqdim edirik:

Tarix: 15-11-2014 // saat: 12:53
1. Layihə haqqında qısa ümumi məlumat verərdiniz?
Torpaqqala abidəsində apardığımız arxeoloji tədqiqatlar “Miras”ın maliyyə və təşkilati dəstəyi ilə 10 mart 2010-cu ildə Ağsu rayonunun Ülgüc kəndi ərazisində yerləşən və ümumi sahəsi 40 ha olan “Xaraba şəhər”də aparılmış arxeoloji qazıntıların davamıdır. Deməliyik ki, bu layihə artıq 5 ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə intensiv olaraq oz işini davam etdirir. Ötən illərdə olduğu kimi 2014-cü ilin yanvar-aprel aylarında “Şıxməzdi” və 10 iyun ayından Torpaqqala abidəsində apardığımız arxeoloji qazıntı işlərinin ümumi maliyə xərcləri də Miras İctimai Birliyinin dəstəyi ilə təmin olunur. Qeyd edək ki, Torpaqqala abidəsində aparılan arxeoloji qazıntı işləri (bu gün Ağsu-İsmayıllı arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev sözü gedən abidədə 2005-2008 –ci illərdə arxeoloji qazıntı aparıb) 2013-cü ildə aparılan arxeoloji tədqiqatların davamıdır. Bu illər ərzində layihə çərkivəsində aparılan arxeoloji tədqiqat işləri başa çatdıqdan sonra aşkar edilən və elmə yeni tarixi faktlarla daxil olan abidələrdə konservasiya işləri aparılıb və bu gündə davam etnəkdədir. Eyni zamanda bir çox Beynəlxalq layihələrin həyata keçirilməsinə start verilmiş və nəticələr uğurla başa çatmışdır.
Sevindirici haldır ki, apardığımız arxeoloji tədqiqatlar xaricilərin də diqqət mərkəzindədir. Belə ki, onlar-xaricilər bizim qazıntılara baxışda heyrətlərini gizlətmirlər. Həmçini onuda bildirim ki, apardığımız arxeoloji qazıntılar həmyerlilərimizində marağı xaricində deyil, yəni onlar da mütəmadi olaraq qazıntı sahəsinə baxış keçirirlər. Biz də öz tərəfəmizdən ekskursiya təşkil edir, həm qazıntı sahəsi, həm də Azərbaycanın tarixi və mədəniyyəti haqqında ətraflı məlumat veririk. Eyni zamanda ziyarətçilərə də bizimlə birlikdə arxeoloji qazıntı aparmağa şərait yaradırıq.
 
2. Layihənin müddəti ne zamana kimi davam edəcək ?
Layihənin müddəti 2014-cü il noyabr ayının 10-da başa çatacaq.

3. BU qazıntılarla bağlı gələcəkdə hansı planlar nəzərdə tutulub?
Sualınıza cavab vermədən əvvəl qeyd etmək istərdim ki, arxeoloji qazıntı işləri tamamlandıqdan sonra iş bitmiş hesab olunur. Biz isə fərqli olaraq abidənin daha çox uzun ömürlü olması baxımından, ziyarətçilərin davamlı gəlməsi məqsədilə təbliğat aparmaqla yanaşı, konservasiya işləri də görülür. Arxeoloji heyyət Miras Ictimai Birliyi ilə ötən illərdə olduğu kimi gələcəkdə də Elmi Beynəlxalq konfranslar keçirmək, arxeoloji qazıntı zamanı aşkar olunan maddi mədəniyyət nümunələrini Respublikamızda və xaricdə tanınması üçün kitab, buklet nəşrləri hazırlamaq.

4. Layihə zamanı qarşılaşdığınız hər hansısa bir problemlər olubmu ?

İş olan yerdə az və ya çox problemlər olur. Bizdə çalışırıq ki, problemləri minimuma endirək. Yəni işin planına uyğun olaraq problemlərin közülməsi mümkündür. Əsasən yay aylarında bərk istinin (45-500) olması ən böyük problemdir. Belə istinin olmasına baxmayaraq yeni aşkarladığımız və keçmişimizdən xəbər xəbər verən hər bir tikili qalığı, çoxsaylı maddi mədəniyyət nümunəsi işlərimizi davam etdirməyə bizə istimul verir. Fürsətdən istifadə edərək hər bir kəsi keçmişimizdən bizə qalan mirasa biganə yanaşmamağa səsləyirəm. Unutmayaq ki, keçmişini unudanın gələcəyi də yoxdur. Ona görə ki, elə tarixin keçmişi bu gündür.
5.Sizlərə gostərilən diqqət və verilən qiymətdən razısınızmı ?
Arxeoloji qazıntılar zamanı əldə etdiyimiz maddi mədəniyyət nümunələrinə olan diqqət və marağı əməyə olan diqqət və qayğının göstəricisi olaraq qəbul edirəm. Respublika səviyyəli layihələrlə yanaşı Beynəlxalq layihələrdə təmsil olunmağı daha çox istərdim.

6. Ən son olaraq hansı maraqlı tapıntıları aşkar etmisiniz?
Tapıntılarımızın hər biri yeni tarixə açılan səhifədir. Buna görədə mənim üçün hər bir tapılan yeni nümunə olduqca maraqlıdır. Ancaq, Siz son tapıntılarımızı soruşduğunuzdan dolayısı qeyd edim ki, Səsani pulunun ( qeyd edim ki, nümunə hələ laborator şəraitdə təmizlənməyib və mütəxəsis rəyi verilməyib), kompleks şəkildə çörək bişirilən otağın ( bu otaqda əhalinin gündəlik çörəklə təmin olunması üçün təndir, əl dəyirman daşı, yerə basdırılmış və ətrafı gəclə suvanmış təsərrüfat qabının bir hissəsi), çay daşından və çiy kərpicdən olan tikili qalıqları, daşdan əmək alətləri, içərisində üzüm dənəcikləri olan sıxılmış tullantı (kimyavi analiz olunmalıdır), çoxsaylı sapand daşları və müxtəlif çeşidli keramik qablar (süfrə və təsərrüfat), habelə uzun illər (təxminən 50 ildən artıq) gölün suları altında qalan kürə qalıqlarının aşkarlanması .

7. Aparılan qazıntılarla baglı hansı tədqiqat və təbliğat işləri həyata keçirlmişdir?
Əslində mən Sizin bu sualınıza bir az öncə yuxarıda cavab vermişəm.
Təşəkkür edirəm!!

 

















Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN