İslam tarixçiliyində elmi-bioqrafik əsərlər

Həmkarım, tarixçi alim, orta əsr Azərbaycan tarixşünaslığına dair mühüm tədqiqatların müəllifi Nərgiz Əliyevanın "İslam tarixçiliyində elmi-bioqrafik əsərlər (IX-XIII əsrlər)" mövzusunda məruzəsi bu simpoziumda maraqla dinlənildi.

Tarix: 22-7-2017 // saat: 00:38
Türkiyənin paytaxtı Ankara şəhərində məşhur tarixçi alim Halil İnalçıkın xatirəsinə həsr olunan "Tarih ve Tarihcilik" beynəlxalq simpoziumu təşkil olunmuşdur. Tədbir dəyərli tədqiqatların təqdimatı, alimlərin bir-birindən maraqlı çıxışlarıyla yadda qaldı.
Həmkarım, tarixçi alim, orta əsr Azərbaycan tarixşünaslığına dair mühüm tədqiqatların müəllifi Nərgiz Əliyevanın "İslam tarixçiliyində elmi-bioqrafik əsərlər (IX-XIII əsrlər)" mövzusunda məruzəsi bu simpoziumda maraqla dinlənildi.
Azərbaycanlı alim, məruzəsində orta əsrlərdə bioqrafik ədəbiyyatın ərəb tarixşünaslığının inkişaf edən geniş əhatəli formalarından birini təşkil etdiyini qeyd etmişdir. Müəllif göstərir ki, Məhəmməd peyğəmbərin (s.a.s.) həyatının əksi və iki-üç nəsil ondan sonra gələn, hədis və sünnələrdə nüfuzları olan ardıcıllarının təbəqələri bioqrafik ədəbiyytın ilk nümunələri kimi qəbul edilir. Bu janrda yazılmış ilk əsər Əhməd bin Səad bin Münəyyi" əl-Haşimi əl-Bəsriyə (v.e. 844-cü ildə) məxsusdur. İbn Səaddan sonra ayrı-ayrı şəxslərin bioqrafiyası yazılan əsərlərlə yanaşı, cəm, toplu şəklində olan bioqrafik əsərlər də getdikcə inkişaf etməyə başladı. Məşğuliyyətindən asılı olaraq qruplaşdırılmış şəxslər haqqındakı əsərlər cəm halında yazılmış bioqrafik əsərlərə daxil idi. Bioqrafik toplular ya xronoloji qaydada, ya da əlifba sırası ilə verilirdi. Bioqrafik əsərlər yazılarkən, bu əsərə daxil olan məlumat göstəricisi müxtəlif ola bilirdi. Məşğul olduqları peşə əsas götürülməklə, yəni hədis toplayan və bu elmlə məşğul olanlar, ilahiyyatçılar, şair və ədiblər, dilçılər, qazilər,musiqiçilər, hakimlər, təbiblər və s. haqqında əsərlər mövcuddur. Bu janrda özünü sınayan müəlliflərdən əs-Sirafi əsərində - qrammatiklər, İbn Culcul-həkimlər, əl-Kindi və əl-Xuşani - qazılar, əl-Cəhşiyarı isə vəzirlər haqqındakı məlumatı qruplaşdırmışdır. Mühəddis, şair, ədib, müğənni və musiqiçilərə də bir neçə bioqrafik toplular həsr olunmuşdur. Yaşayıb fəaliyyət göstərdiyi yer əsas kimi götürülərək yazılan bioqrafik əsərlər də vardır.
Nərgiz Əliyeva həmçinin qeyd edir ki, bu janrda olan əsərlər həcminə görə də fərqlənirdi. Əgər əs-Sirafinin (X əsrin əvvəli) əsəri dar çərçivəni əhatə edən şəxslərə- Bəsrənin filoloqlarına həsr edilərək yazılmışsa, İbn əl-Əsakirinin (XII əsr) yüzlərlə, minlərlə şəxs haqqındakı məlumatı əhatə edən dəməşqlilərdən bəhs edən əsəri özünün çox böyük həcmi ilə fərqlənirdi. Bioqrafik əsərlər, adətən şəxslərin hər biri haqqında şablon tipli məlumat verir, sanki əsəri tərtib edərkən müəllif standart anketi doldurur). Belə əsərlərdə şəxsiyyətin adı və ləqəbi, nə vaxt və harada doğulduğu, kimin yanında və hansı elmi öyrəndiyi, kimlərə hansı fəndən dərs dediyi, hansı yerlərə səfər etdiyi, hansı əsərləri yazdığı, dövlət qulluğunda olub- olmaması haqqında məlumat verilir. Bəzən ziyalının şerlərindən parçalar, ya da həyatından bir-iki maraqlı epizod verilir, bəzən isə xarici görünüşü və xarakteri, fərdi xüsusiyyəti qələmə alınır.Qeyd etmək lazımdır ki, məlumat ya şəxsi müşahidə vasitəsilə, ya mötəbər müəllifin əsərinə isnadla, ya hadisənin şahidi olmuş şəxsin dilindən adı verilməklə şifahi şəkildə, ya da məlumatlar isnadlarla verilirdi. Məlumatın düzgün çatdırılması üçün bu informasiyanı bir-birlərinə çatdıranların adlarının qeyd edilməsi, yəni indiki dillə deyilsə, mənbələrlə verilməsi ərəb ədəbiyyatına xas xüsusiyyətdir.
Nərgiz Əliyeva məzurəsində X əsrdə tarixi və bioqrafik mənbələrin birliyindən yeni əsərlər yarandığını da qeyd edir. Belə əsərlərə bioqrafik xronikalar adını vermək olar. Bu, Cəhşiyərinin vəzirlər haqqındakı kitabı, Kindinin Misir hakimlərinin tarixi kitabı kimi əsərlər idi. Çoxşaxəli olan bioqrafik ədəbiyyat o qədər geniş intişar tapmışdı ki, hətta sülalə tarixi yazan müəlliflər belə əsərlərini sülalənin nümayəndələri olan xəlifələrin, saray əyanlarının, ədəbiyyatçıların və məmurların bioqrafiyası ilə o qədər doldururdu ki, antalogiya adlanaraq, həqiqətdə, həmin dövrün ədəbiyyat tarixi üzrə mühüm mənbəyə çevrilirdi. Abbasilərin tarixi haqqında kitab yazmış Əs-Sulinin əsəri bu qəbildən idi. Hər-halda, o dövrdə Abbasilərin tarixi kitabı ilə şəhər tarixi kitabları və adına bioqrafik mənbələr dediyimiz kitabların arasında elə də böyük fərq yox idi. Çünki, bu dövrdə bir çox şəhərlərin tarixi bu və ya digər şəhərdən çıxmış görkəmli şəxslərin bioqrafiyası məcmuu şəlklindədir. Buna əsasən V.Bartold və ondan sonra O.Bolşakov haqlı olaraq, əs-Səmaninin istifadə etdiyi mənbələrin çoxunu bu qəbildən olan əsər hesab edrək bu əsərləri tarixi əsərlərə aid etmişlər.
Yaqut əl-Həməvi, əs-Səmani, əs-Siləfi, İbn Makula, İbn Nöqtə, İbn əs-Sabuni kimi bioqrafik janrda yazan müəlliflərin əsərlərinin tekstoloji təhlili belə deməyə əsas verir ki, bu əsərlər son dərəcə kompilyativ xarakter daşıyır. Nərgiz Əliyeva məruzəsində buna səbəb olaraq məlum əsərlərin redaktə və şərh olunması yolu ilə yeni əsərlərin yaradılmasına imkan verən mövcud elmi biliklərin ötürülməsi ənənəsini göstərir. Orta əsrlərin təlim üsuluna görə müəllim tələbəyə bilik verərkən, öyrətdiyi elmin hansı mənbəyə əsaslandığını göstərməli idi. Həm də öyrənərək isnad etdiyi əsərin istifadə olunması üçün müəlliminin yazılı "icazəsi" olmalı idi. "İcazətnamə" deyilən bu sənəd təlimin keyfiyyətli, səhih, informasiyanın ötürülməsinin adekvat olmasının qarantı kimi diplom rolunu oynayırdı. Ona görə də, müəlliflər bir-birlərindən məlumatları əxz edərək redaktə edir və o əsərlərdə olmayan mlumatları əlavə etməklə yeni əsərləri meydana gətirirdilər. İbn Nöqtə, ondan sonra isə İbn əs-Sabuni özlərindən əvvəl, XI əsrdə yaşayıb yaratmış İbn Makulanın "Əl-mütənif və-l-müxtəlif" ("Oxşar və müxtəlif adlar") janrı mövzusunda yazdığı əsərinin davamı kimi həmin mövzuda yeni əsərlər yaza bilmişlər. İbn Makula isə bu qəbilədən olan yazısını özündən əvvəl yazıb yaratmış əl-Əzdi, əd-Daraqutni və Xətib Bağdadinin həmin janrındakı əsərlərini öyrənəndən sonra ortaya qoymuşdur. Müəllif özündən əvvəl yazmış alimlərdən Xətib Bağdadi, Əli ibn Ömər əd-Daraqutni və Əbdülğəni bin Səid bin əl-Əzdinin məhz bu tipdə olan əsərlərini təhlil edərək onlar haqqında öz rəyini bildirdikdən sonra öz samballı əsərini yazmağa qərar vermişdi. Ibn-Makula "əl-İkməl..." kitabına yazdığı müqəddimədə əsərin yazılması səbəbini belə izah edir: "Xətib Bağdadinin Əbülhəsən Əli ıbn Ömər əd-Daraqutninin "əl-Mütəlif va-1 Müxtəlif" və Əbdülğəni bin Səid əl-Əzdinin "əl-Mütəlif va-1-Müxtəlif" və "Müştəbih ən-Nisbə" əsərlərinin tamamlanması kimi yazdığı "Təkmilət əl-Mütəlif va-1-Müxtəlif" əsərinə nəzər salarkən gördüm ki, Xətib onların xatırlatmadığı bəzi şeylərə üstünlük vermiş, qeyd etdiklərinin bəzilərini isə təkrarlamışdır. Onların diqqət yetirmədikləri bəzi səhvlər olduğu kimi qalmışdır. Beləliklə, mən bu janrda elə bir əsər yazmaq qərarına gəldim ki, orada həm onların kitabında olanları cəm edim, həm də onlardan fərqli olaraq qeydlərindəki səhvlər və fərqli cəhətləri haqqında susaraq, hər birinin etdikləri səhvləri düzəldim...1 O, "əl-İkməl..." əsərndə bu barədə susmasına baxmayaraq, başqa bir əsərində Xətib əl-Bağdadinin "Əl-Mutənif" əsərinini tənqid etmişdi. Əbül-Həsən Məhəmməd bin Mərzuqə görə, Xətib əl-Bağdadinin bu əsərini təhlil edən Ibn-Makula onu bu əsərinə görə məzəmmət etmişdi. Bu xəbər Xətibə çatmışdı. İbn- Makula Xətibin yanına gələrkən o bu haqda xəbər alır. İbn-Makula bunu inkar edir, heç cür boynuna almır və israr edərək deyir: heç ağlıma da gəlməyib. Deyirlər ki, İbn-Makulanın yazdığı tənqid Xətib əl-Bağdadi ölənə qədər səssiz qalır, yalnız o vəfat edəndən sonra işıq üzü görür. İbn Makulanm Xətib Bağdadinin əsərinə yazdığı tənqidi mətn "Mustəmərrul -avham" ("Xəyallann davamlı olması") adlanırdı."əl-Mütəlif və-1 Müxtəlif janrında yazan çoxsaylı müəlliflər arasında İbn Makulanın özünəməxsus yeri var. Qərbi Avropa və rus alimlərindən K.Brokelmann və İ.Kraçkovski dövrün bu movzuda yazmış çoxsaylı müəllifləri arasında məhz İbn Makulanm adını xüsusi qeyd etmişlər. Azərbaycanın xalqının mədəniyyət tarixinin öyrənilməsində rolu olan ərəbdilli bioqrafik mənbələrdən biri də Orta Asiya tarixçisi, mühəddis, ilahiyyatçı və filoloqu Əbu Səad Əbdülkərim ibn Məhəmməd əs-Səmani ətÜTəmimi əl-Mərvazinin ( 1113 Ü 1167) " Kitab əl-Ənsab" ("Nəsəblər kitabı") dır. Azərbaycanın orta əsrlərdə mədəni, elmi, əqli həyatının əks etdirilməsində rolu olan bu əsəri yüksək qiymətləndirən prof. M.Mahmudov yazırdı: "Ərəbdilli Azərbaycan mədəniyyətinin, elmi fikrinin keçdiyi inkişaf yolunu Əbu Səad əs-Səmaninin "Kitab əl-Ənsab" əsəri olmadan izləmək mümkün deyildir. Müəllif əsərin yazılma səbəbini göstərmək üçün Məhəmməd peyğəmbərin (s.a.s.) kəlamından istifadə edir. Bunun üçün dövrün sitat gətirilmə qayda-qanununa uyğun olaraq Mərvdə gəncəli ədib Əbu Hafs Ömər bin Osman bin Şüeybdən başlayaraq Əbu Hüreyrəyə (r.a.) qədər on bir isnaddan istifadə edərək yazır: Peyğəmbər (s.a.s) demişdir: Qan qohumlarınızla bağlı nəsəblərinizi öyrənin , qohumluq bağı əhalidə məhəbbət, malda sərvət, izdə uzunömürlülükdür.
Biobioqrafik əsərlər seriyasından olan "Kitab əl-Ənsab" bu səpgidə yazılmış əsər kimi elmin bu və ya digər sahələrində tanınmış 120-dən çox azərbaycanlı ziyalının bioqrafiyasını da əhatə etməsi məruzədə öz əksini tapır. Qeyd etmək lazımdır ki, əsərdə islam sahəsində elm almış, bu sahədə çalışanlar ön plana çəkilmişdir, bununla belə azərbaycanlı filoloqların bioqrafiyası da əsərdə özünə yer almışdır. Nisbəni əsas götürərək verdiyi məlumatın dəqiq olmasına çalışan müəllif ziyalının əksər hallarda ölüm tarixini, bəzən isə anadan olma tarixini də qeyd etmiş, onlara xas olan keyfiyyətləri açıqlamışdır. Ziylıları seçərkən üstünlüyü yaxından tanıdığı, nəql etdikləri hədislərini dinlədiyi, hədisin ötürülmə zənciri kimi isnad etdiyi alimlərə verməsi məlumatında dəqiqliyi gözləmək istəyindən irəli gəlmişdir. Məlumatını əxz etdiyi mənbəni göstərməsi isə əsərin etibarlılıq dərəcəsini daha da artırır.
N.Əliyeva məruzəsində tədqiq olunan biqrafik mənbələr arasında Azərbaycanla çox yaxından bağlı müəllif kimi qəbul elilən əs--Siləfinin (478/1085-576/1180) "Mucəm əs-Səfər"əsəri haqqına geniş söhbət açmışdır. Bu əsərdə Azərbaycandan çıxmış 117 mühəddis, fəqif, sufi şeyx, şair, ədib haqqında məlumat verilir. Əsər Azərbaycan ziyalılarının və məşhur şəxsiyyətlərinin adlarının üzə çıxarılması ilə yanaşı Azərbaycanla müsəlman dünyası ölkələri arasındakı elmi-ədəbi əlaqələri öyrənmək baxımından olduqca qiymətli mənbədir.
Məruzədə ərəb tarixşünaslığının inkişaf edən geniş əhatəli formalarından birini təşkil edən bioqrafik ədəbiyyatın müxtəlif nümunələri haqqında məlumat verilir. Göstərilir ki, Xilafət dövründə ayrı-ayrı şəxslərin bioqrafiyası ilə yanaşı, cəm, toplu şəklində olan bioqrafik əsərlər də inkişaf etmişdi.Bioqrafik əsərlər yazılarkən, bu əsərə daxil olan məlumat göstəricisi müxtəlif ola bilirdi. Məşğul olduqları peşə əsas götürülməklə, yəni hədis toplayan və bu elmlə məşğul olanlar, ilahiyyatçılar, şair və ədiblər, dilçılər, qazilər,musiqiçilər, hakimlər, təbiblər və s.haqqında əsərlər mövcuddur. Daha sonra azərbaycanlı ziyalılar haqqında məlumatların da daxil edildiyi İbn Makula, əs-Siləfi, əs-Səmani, İbn Nöqtə, İbn əs-Sabuni və Yaqut əl-Həməvinin bu janrda yazılmış əsərləri tekstoloji təhlil edilir.Bu əsərlərinin təhlili belə deməyə əsas verir ki, onlar son dərəcə kompilyativ xarakter daşıyır. Göstərilir ki, buna səbəb, məlum əsərlərin redaktə və şərh olunması yolu ilə yeni əsərlərin yaradılmasına imkan verən mövcud elmi biliklərin ötürülməsi ənənəsi idi. Nəticə olaraq göstərilir ki, bu janrdakı əsərlərdə mühəddislər seçilib ayrılarkən, özəlliklə onların imanı, Quranı əzbər bilmələri kimi özəlliklərini vurğulamaqla birlikdə, mədəniyyət mərkəzlərindəki fəaliyyətləri, nüfuzlu elm adamları ile əlaqələri ve müzakirələri, müəllim-tələbə əlaqələrini də bildirilir.
Məruzə beynəlxalq simpozium iştirakçılarını bioqrafik janrda yazılmış əsərlərlə yaxından tanış edərək azərbaycanlı mühəddislər haqqında yeni bilgilər vermişdir. Beləliklə, Orta əsrlərə aid bir çox qaynaqların çağımızadek yalnız adlarınin qaldığını nəzərə alsaq, bu məruzənin Xilafətin elmi-mədəni həyatının öyrənilməsində əhəmiyyəti olduğu qənaətinə gələ bilərik.
Səbinə Ələsgər qızı Nemətzadə,
AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini
 
Mənbə: www.baki-xeber.com/siyaset/63830.html

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN