AĞSU kitabı çapdan çıxıb

Cahangir Ağsulunun “Ağsu” kitabı “Araz” nəşriyyatında çapdan çıxıb. Nəşrin redaktoru Azəraycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.

Tarix: 19-3-2017 // saat: 12:57
Cahangir Ağsulunun “Ağsu” kitabı “Araz” nəşriyyatında çapdan çıxıb. Nəşrin redaktoru Azəraycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
AZƏRTAC xəbər verir ki, kitab Prezident İlham Əliyevin Ağsuya səfəri zamanı söylədiyi fikirlərlə başlayır: “Ağsu rayonunun uğurlu inkişafı məni çox sevindirir. Çünki mən artıq dördüncü dəfədir ki, Prezident kimi rayona səfər edirəm və görürəm çox böyük inkişaf var. Abadlıq, quruculuq işləri, sosial məsələlər öz həllini tapır, müəssisələr yaradılır”.
Kitabda Ağsunun tarixi keçmişi, adət-ənənələri, ziyarətgahları, folkloru, relyefi, landşaftı, bioloji müxtəlifliyi və görkəmli şəxsiyyətlərinə həsr edilmiş oçerklər, tarixi faktlar toplanıb. Kitab Ağsu rayonunun etnoqrafiyası, tarixi və dini abidələri, folkloru, turizm obyektləri haqqında elmi-populyar bələdçi vəsaitidir. Ağsu rayonu ilə maraqlanan elmi və kütləvi ictimaiyyət üçün nəzərdə tutulur.
Nəşrdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlillinin tədqiqatlarından da istifadə edilib.
http://azertag.az/xeber/1044458

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN