Kalva

Tarix: 9-12-2014 // saat: 09:53
1824-cü ilə aid mənbələrdə Kalva kəndinin 48 ailə nüfusuna malik olduğu qeyd edilir. Həmin dövrdə Quba əyalətindən bu kəndə 13 ailə köçdüyü arxiv sənədlərindən məlumdur. Kalva kəndi şirvan əyalətinin Houz mahalına, 1851-ci ilə aid mənbələrə görə şamaxı qəzasının Houz dairəsinə daxil olmuşdur.1887-ci ildə Kalva kəndində kənd məktəbi açılmışdır.M.Mahmudbəyov 1889-cu ildə Kalva kəndində yeni üsulla tədris edən məktəb olduğunu qeyd edir.Ağsu rayon mərkəzindən 30 km şimalda yerləşən Kalva kəndinin əhalisi son yüzillikdə sürətlə artmış, kənd xeyli genişlənmişdir. Kalva kəndi ərazisində Soltan Baba Hacı pirr, Pirdürahı, Sərəki, İsitmə, Hacmanqulu Baba pirləri kimi ziyarətgah ocaqları vardır. Kalva kal və oba komponentlərindən ibarətdir. Kələ (tat dilində "böyük") və ova/oba olmaqla böyük oba mənasındadır."Kalva" sözünün etimologiyasını Kəl Vəli şəxs adı ilə də əlaqələndirirlər. Digər variant isə Kalva dialektində işlənən "kalafa"- "sulu çökək yer" sözü ilə bağlıdır. Kalvanın coğrafi quruluşu bu etimologiya ilə uyğunluq təşkil edir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN