Dini radikalizm və onun fəsadları

Ağsuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda “dəyirmi masa” təşkil olunub. Rayon mərkəzi kitabxanasında din xadimlərinin, ziyalıların və gənclərin iştirakı ilə keçirilən tədbirdə bu gün dünyanı narahat edən dini radikalizm, onun təhlükəli fəsadları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tarix: 16-12-2016 // saat: 22:23
Ağsuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda “dəyirmi masa” təşkil olunub. Rayon mərkəzi kitabxanasında din xadimlərinin, ziyalıların və gənclərin iştirakı ilə keçirilən tədbirdə bu gün dünyanı narahat edən dini radikalizm, onun təhlükəli fəsadları barədə ətraflı fikir mübadiləsi aparılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı regional şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidməti Şamaxı regional şöbəsinin əməkdaşı Mədəd Rəhimov, rayon icra hakimiyyətinin məsul işçisi Kənan Tacızadə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Ağsu “Cümə” məscidinin imamı Nurəddin İslamov, rayon Veteranlar Şurasının sədri Cəmaləddin Zeynalov və başqaları çıxış ediblər. Qeyd olunub ki, bu gün milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, yetkin dünyagörüşünə malik olmayan gənc nəsil yad ideologiyaya, təsirlərə məruz qalaraq cəmiyyət üçün böyük bəlaya çevrilə bilər. Odur ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri mühüm vəzifələrdəndir. Bunun üçün isə ciddi maarifləndirmə işləri aparılmalıdır. Çıxışlarda, habelə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. “Dəyirmi masa”da ayrı-ayrı dini cərəyanlar və onların fəaliyyət metodları barədə geniş məlumat verilib.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN