Kürdəmirdə yeni iş yerlərinin say göstəriciləri

2016-cı ilin yanvar-sentyabr ayları ərzində rayon üzrə açılmış 970 yeni iş yerlərinin 905-i daimi iş yerləridir ki, onlardan da 4,9 faizi yeni yaradılmış müəssisə və təşkilatda, 6,2 faizi mövcud müəssisə və təşkilatda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatda, 88,3 faizi isə fərdi sahibkarların fəaliyyəti nəticəsində yaradılmışdır.

Tarix: 4-11-2016 // saat: 17:35
Kürdəmir Rayon Statistika İdarəsindən verilən məlumata görə 2003-cü ilin oktyabrın 1-dən 2016-cı ilin oktyabr ayının 1-i vəziyyətinə qədər olan dövr ərzində 15213 yeni iş yeri açılmışdır ki, onlardan 10485-i daimi iş yeri olmuşdur. Həmin dövr ərzində rayonda açılmış daimi iş yerlərinin 16,4 faizi yeni yaradılmış müəssisə və təşkilatda, 19,1 faizi mövcud müəssisə və təşkilatda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatda, 63,6 faizi isə fərdi sahibkarların fəaliyyəti nəticəsində yaradılmışdır.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində rayon üzrə açılmış 970 yeni iş yerlərinin 905-i daimi iş yerləridir ki, onlardan da 4,9 faizi yeni yaradılmış müəssisə və təşkilatda, 6,2 faizi mövcud müəssisə və təşkilatda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatda, 88,3 faizi isə fərdi sahibkarların fəaliyyəti nəticəsində yaradılmışdır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN