Xəlilli

Tarix: 9-12-2014 // saat: 09:52
XIII əsrdə Azərbaycan ərazisinə monqollarla gəlmiş Xəlilli tayfası ağ hunların qayı adlandırılan dəstəsinə daxil olmuşdur. N.A.Abelov onların keçən əsrdə köçəri həyat keçirən tayfalardan ibarət olduğunu qeyd etmişdir. Xəlilli 45 tayfası öz adını bir sıra qəzalarda "Xəlilli" kəndlərinin adında yaşadır. Bu kəndlərdən biri Girdimançay vadisində şirvan düzündə yerləşən Ağsu rayonunun Xəlilli kəndidir. Hələ XIX əsrin əvvəllərində şirvan əyalətinin Xançoban mahalına daxil olan Xəlilli kəndinin nüfusu 39 ailə idi. Həmin dövrdə Xəlilli kəndi şirvan feodallarından Qasım bəyin mülkiyyətində olduğundan xan və çar xəzinəsinə vergi vermirdi. Xəlilli kəndi getdikcə genişlənmiş, Ağsu rayonunun böyük kəndlərindən birinə çevrilmişdir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN