Kürdəmirdə nəqliyyat, informasiya və rabitənin göstəriciləri

Yük daşınmasında Kürdəmir rayonunun Respublika üzrə payı 0,7 faiz, Aran iqtisadi rayonunda payı 5,0 faiz, sərnişin daşınmasına görə Respublika üzrə payı 0,5 faiz, Aran iqtisadi rayonunda payı 3,2 faiz təşkil etmişdir.
 

Tarix: 5-8-2016 // saat: 11:17
2016-cı ilin yanvar-iyun aylarında rayonun nəqliyyat sektorunda 505 min ton yük, 3962 min sərnişin daşınmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,7 faiz, sərnişin daşınmasında isə 3,7 faiz artım qeydə alınmışdır.
Yük daşınmasında Kürdəmir rayonunun Respublika üzrə payı 0,7 faiz, Aran iqtisadi rayonunda payı 5,0 faiz, sərnişin daşınmasına görə Respublika üzrə payı 0,5 faiz, Aran iqtisadi rayonunda payı 3,2 faiz təşkil etmişdir.
2016-cı il yanvar ayının 1-i vəziyyətinə rayonda 5,7 min avtomobil mövcud olmuş, onların 84,3 faizini sərnişin minik, 12,7 faizini yük, 2,0 faizini sərnişin avtobusu təşkil etmişdir. Hazırda orta hesabla hər yüz ailədən 23-i şəxsi minik avtomobilinə malikdir.
2016-cı ilin yanvar-iyun aylarında rayonun informasiya və rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 269,1 min manatlıq rabitə xidməti göstərilmişdir. Xidmətlərin həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artmışdır. Rabitə xidmətlərinin 97,8 faizi əhaliyə göstərilən pullu xidmətlərin  hesabına yaranmışdır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN