Narkomaniya – insanlığa “ağ olümdür”

Təəssüfedici hal odur ki, narkomaniya gəncləşməkdədir. Belə ki, respublikadakı narkomanların 4 min 979 nəfəri 18-29 yaş arasında olan gənclərdir. Narkomanların 600 nəfəri qadınlar, 12 min 791 nəfəri isə 40-59 yaşlı kişilərdir.Ona görə də bu bəlaya qarşı mübarizə günümüzün ən aktual problemlərindən biridir. 23 İyun 2016-cı il tarixdə Mərkəzi kitabxanada keçirilən dəyirmi masa da bu mövzuya həsr olumuşdu.

Tarix: 28-6-2016 // saat: 02:35
26 iyun “Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü”dür. Bütün dünya üçün aktual olan narkomaniya Azərbaycandan da yan keçməyib. Rəsmi statistikaya görə, artım hər il təxminən 1000 nəfər təşkil edir. Statistik məlumatlarda ölkədə 27 min nəfər yaxın narkoman olduğu bildirilir. Təəssüfedici hal odur ki, narkomaniya gəncləşməkdədir. Belə ki, respublikadakı narkomanların 4 min 979 nəfəri 18-29 yaş arasında olan gənclərdir. Narkomanların 600 nəfəri qadınlar, 12 min 791 nəfəri isə 40-59 yaşlı kişilərdir.Ona görə də bu bəlaya qarşı mübarizə günümüzün ən aktual problemlərindən biridir. 23 İyun 2016-cı il tarixdə Mərkəzi kitabxanada keçirilən dəyirmi masa da bu mövzuya həsr olumuşdu. Dəyirmi masada Ağsu rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının  sədri Cəmaləddin Zeynalov, Daxili İşlər Şöbəsinin müstəntiqi Vüqar Hüseynov, 3 saylı şəhər orta məktəbin müəlliməsi  Yeganə Cəlilova, YAP rayon təşkilatının gənclərlə iş üzrə əməkdaşı Elnur Fərzəliyev, Səhiyyə şöbəsinin  pediatr həkimi Almaz Baxşıyeva və rayonun imamı Hacı Nurəddin çıxış etmiş, narkomaniyanın yaranması səbəbləri və onun aradan qaldırılması yollarından danışmışlar.Dəyirmi masanın sonunda  mövzu ilə əlaqədar video çarx nümayiş etdirilmişdir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN