Bronevski S.M. “Qafqazın coğrafiyası və tarixinin ən yeni xəbərləri” əsərinin “Bakı şəhərinin təsviri” adlı bölməsində qeyd etmişdir ki, göstərilmiş bütün bölgələr içərisində Şirvan bölgəsi daha geniş əyalətdir (1, 349). O özünün “Bakı şəhərinin təsviri” başlıqlı yazısında Bakıda Şirvanlıların da yaşadığını qeyd etmişdir (1, 401). Müəllifin XIX əsrə aid bu əsərində ipəkçiliyin Şirvanın kənd təsərrüfatının əsas sahəsi olduğu qeyd olunmuşdur (1, 434-435).
Məlumdur ki, ipəkçilik Şirvan bölgəsi əhalisinin qədim və ənənəvi təsərrüfat sahələrindən biri olmuşdur. XIX əsrə aid əhəmiyyətli mənbələri nəzərdən keçirərkən məşhur Şamaxı ipəyi haqqında yazılmış etnoqrafik qeydlərdən bəhrələnmək olar.
Mənbədə Şamaxı ipəyinin əhəmiyyəti vəbütün Şirvanı təchiz etməsi məsələsi vurğulanır:
“Yelizavetpolun ən vacib manifaktura istehsalı ipək parça istehsalı idi, sənayenin bu sahəsinin tənəzzülə uğramasının səbəblərindən biri isə Şamaxının ipək istehsalı ilə rəqabətə davam gətirə bilməməsi olmuşdur. Şamaxı özünün ipək istehsalı ilə bütün Şirvanı təchiz edirdi” (15, 139). Şirvan bölgəsində əlverişli təbii − coğrafi və iqlim şəraiti barama qurdunun yetişdirilməsinə rəvac verən əsas səbəblərdən biri olmuşdur. Barama qurdunun bəslənməsi üçün bölgədə tut bağları və ya çəkilliklər geniş yayılmışdı, belə ki, qurdların yemlənməsi üçün bol tut yarpaqlarının olması həlledici amillərdən idi.
İpəkçilik Şamaxı camaatının əhəmiyyətli və əsas məşğuliyyətlərindən biri olmuşdur. 1868- ci ildə Şamaxı qəzasında 600, Göyçay qəzasında isə 200 pud ipək istehsal olunmuşdu. Bu dövrdə Şirvanda sahəsi 2600 desyatin olan 3100 tut bağı hesablanmışdı. Burada illik ipək məhsulu 3875 pud təşkil edirdi. İpək məmulatları fabrik Şamaxıda çoxdan mövcud idi. Hələ xanlıq dövründə Şamaxıda Tarayev qardaşlarının ipək fabriki fəaliyyət göstərirdi (19, 111-112). Adı çəkilən bölgədə tut bağları təlabata uyğun olaraq nəzərə çarpacaq dərəcədə böyük sahələri əhatə etmişdi. Verilən məlumata görə Şamaxı xanlığında 70- ə qədər tut tut bağı olan bəylər var idi. Apardığımız etnoqrafik müşahidələr zamanı belə qənaətə gəlmək olar ki, İsmayıllı və Şamaxı rayonlarında ipək istehsalı keçmişdən günümüzə qədər mühüm əhəmiyyət daşımışdır. Əhalinin verdiyi məlumata görə ipək istehsalının inkişafı və bolluğu XIX əsrdə Şəkiyə xam ipək göndərilməsinə səbəb olmuşdur. Mənbədə həmçinin Şamaxının Kələxana və Mədrəsə kəndlərinin adları çəkilir (1, 433 ). Əsərdə adları qeyd olunan bu kəndlər hazırda Şamaxı rayonunda mövcud böyük kəndlərdən hesab olunur.
Bronevski S.M. əsərdə Şirvanın hansı qəza və mülklərə bölündüyünü də qeyd etmişdir: Gerblərə görə Şirvan aşağıdakı qəzaları özündə birləşdirir:
Dərbənd, Müşkür, Niyazabad, Şabran, Rustau, Şeşpər, Beş Barmaq, Şamaxı, Qəbələ, Ağdaş, Bakı, Salyan, Cavad (1, 351).
Hazırda Şirvan aşağıdakı mülklərə bölünür: Quba xanlığı, Bakı xanlığı, Salyan dairəsi, Şamaxı xanlığı, Şəki xanlığı (1, 351).
Şirvanın – Şamaxının beynəlxalq ticarət əlaqələri geniş idi. Nəzərdən keçirilən mənbədə Şirvanın Rusiya bazarları və Həştərxan ticarət mərkəzlərində oynadığı rolu görmək mümkündür:
“Bakıdan Şirvana bütün istehsal olunan mallardan göndərilirdi. Həştərxan malları Şirvana göndərilirdi. Eyni zamanda Şirvan mallarının böyük hissəsi Həştərxan və Qızlara aparılırdı (1, 402- 403).
Tranzit ticarəti həm Rusiya, həm də Şirvan tacirləri üçün bütövlükdə sərfəli idi” (1, 403-404).
S.M. Bronevskinin Şirvan haqqında (hazırda Şirvan bölgəsi hesab olunur) verdiyi müxtəlif və lazımi məlumatları nəzərdən keçirərkən mənbənin nə qədər böyük əhəmiyyət daşıdığını görmək olar.
Rusiya imperiyasının Qafqazda, o cümlədən Şivan bölgəsində həyata keçirdiyi dini siyasətin və qanunun xarakterinin müəyyənləşdirilməsi baxımından P.Q. Butkovun əsəri dəyəli mənbə hesab oluna bilər:
“XIX əsrin birinci yarısında Rusiya hökumət orqanlarının Qafqazdakı təsdiqindən sonra imperiyanın müsəlmanlar yaşayan hissəsində müsəlman əhali və müsəlman dini elitası üzərində tədbirlər görülməsi və nəzarət etmək ehtiyacı yarandı (3, 328).
Bu sahədə ilk strateji fəaliyyəti Gürcüstanda baş idarə başçısı, infanter general A.P.Yermalov (1816-1827) həyata keçirdi. Belə ki, 1824-cü ildə Quba komendantı K.K.fon Qrabbenin sərəncamına əsasən dini şəxslər, onların vəzifəsi, habelə onların say ilə (hökümətə loyallığı baxımından) qeydiyyata alınması nəzərdə tutulurdu. Bundan əlavə onların ruhani, seyid, şeyx və dərviş kimi kateqoriyalara bölünməsi nəzərdə tutulurdu (4, 328). Sufi təriqətinin fəaliyyəti Azərbaycanda əhalinin çar Rusiyasına qarşı milli − azadlıq mübarizəsində mühüm rol oynamışdır. Nəzərə almaq lazımdır ki, hər bir dövrdə həmin zamana xas olan mənəvi mədəniyyətin tərkib hissəsi – din, ideologiya, inam və etiqadların xalqın tərbiyə və şüuruna böyük təsiri olmuşdur. Şirvanda sufi şeyxlərinin, dərvişlərin, ruhani alimlərin camaat arasında təsir gücü əhəmiyyətli dərəcədə idi. Onların toplaşdığı xanəgahlar isə müqəddəs yerlər hesab olunmaqla bərabər, həm də elm və mədəniyyət mərkəzi kimi diqqəti cəlb etmişdir. Əhalinin dini dünyagörüşü, əsrlərlə ziyarət edilən pirlər haqqında bəzi məlumatlar konkret bir şəkildə qeyd edilmişdir. Verilən məlumata görə Yeddi Günbəz Bakı quberniyasının Şamaxı qəzasındadır. Tikililər yeddi günbəzdən ibarət olduğu üçün belə adlanır (6, 236).
Əsasən, Yeddi günbəzlər, Pirsaat, Dədəgünəş, Sofu baba, Diri baba, Şeyx Eyyub pir və ziyarətgahları əsrlərlə xalqın inanc yerinə çevrilmiş, nəinki keçmişdə, hətta indinin özündə də Şirvan camaatının, eləcə də Azərbaycan əhalisinin ziyarət edib, nəzir verdikləri ziyarətgahlar hesab olunur. Ağsu şəhəri yaxınlığında “Şeyx Dursun” piri, həmçinin rayonun Qaraqoyunlu kəndində “Ağ Gümbəz” və “Qırmızı Gümbəz”, Şamaxı rayonunda “Pirsaat piri”, rayonun Dədə Günəş kəndində “Dədə Günəş” piri, Göylər kəndində “Piri Mərdəkan”, Mərəzə rayonunda “Diribaba” piri, Kürdəmir rayonunun Şahsevən kəndində “Şeyx Hacı Mahmud” piri Şirvan bölgəsində əhali arasında müstəsna olaraq ziyarət edilən və şəfa dilənən ziyarətgahlar idi. İsmayıllı rayonunun Aşıqbayram, Diyallı, Mican, Yeniyol, Topçu, Tağlabiyan kəndlərində XIX- XX əsrlərə aid məscidlər sovet hakimiyyəti dövründə yox edilməsi üçün cəhd olunmasına baxmayaraq öz varlığını qoruyub saxlamağı bacarmışdı.
Şamaxı rayonunda Dədə Günəş piri xalq arasında güclü dini əhəmiyyətə malik idi.
P.Q. Butkov 1869-cu ildə Sankt–Peterburqda nəşr olunan “Qafqazın yeni tarixinin materiallarına dair. 1722-ci ildən 1803-cü ilə qədər“ əsərində göstərmişdir ki, Şirvan əslində Şamaxı xanlığı adlandırılmışdır (2, 130).
P.Q. Butkovun mülahizəsini Rusiya tarixşünaslığında Şamaxı xanlığının bəzən Şirvan xanlığı adlandırılması ilə izah etmək olar.
Müəllif Şirvan əhalisinin zənginliyindən bəhs edərək yazır ki, bizim furajirlər boş kəndlərdə belə sadə kəndli evlərindən ingilis fayans qablar tapmışlar. Bu isə onların bolluq və dəbdəbə içərisində yaşadığını sübut edir (20, 222). Şirvan torpaqlarının əlverişli təbii coğrafi şəraiti, mülayim iqlimi, zəngin faydalı qazıntıları təsərrüfat fəaliyyətinin və sənətkarlığın inkişaf etməsinə rəvac vermişdi.Bu amil isə yuxarıda qeyd olunduğu kimi əhalinin bolluq içərisində yaşamasına səbəb olmuşdur. Kalaşyev N. Şamaxını Kaspi vilayətinin Şirvan qəzasına aid edərək vilayət şəhəri olaraq göstərir, əhalisinin isə ipəkçilik və digər sənətkarlıq sahələri ilə məşğul olduğunu yazır (7, 53-54). 1840-cı ildə Şirvan əyaləti və Salyan torpaqları əsasında yaradılmış mərkəzi Şamaxı şəhəri olan Şamaxı qəzası 1841-1846-cı illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1847- ci ildə Tiflisdə nəşr olunmuş “Qafqaz təqvimi” jurnalında Şamaxı quberniyasının inzibati idarə sistemi və idarə üzvlərinin geniş siyahısı verilmişdir. Verilən idarə sistemi Şirvan bölgəsinin etnoqrafiyası ilə birbaşa olmasa da, bilavasitə bağlıdır. Xalqın yaşayış yerləri, həyat tərzi, təhsili, və s. məsələlər birbaşa bu inzibati idarə sistemindən asılı idi: Şamaxı Quberniyasında, Şamaxı Şəhərində Dövlət Mülkiyyəti Palatası: Palata idarə müdürü – Mülkü məsləhətçi – Fedor Yevstafyeviç Koçebu Məsləhətçi – Ananiy Lukiç Tutkovski Quberniya meşəbəyi – Adolf Adolfoviç Lesser (9, 21-22). Vətəndaş mühəndisi – Viktor Martınoviç Yaremkeviç Xüsusi tapşırıqlar üçün məmur – Mixail İvanoviç Rudnyev Nəzarətçi – Nikolay Petroviç Yadimirski (9, 22). Quberniya həkimi – Pyotr Dmitriyeviç Leviski Köməkçisi həkim – Xristofor Xristoforoviç Bos Quberniya yer ölçəni – Konstantin Qriqoryeviç Kravçinski Quberniya arxitektoru – Lyudviq Valentinoviç Kambiacio (9, 22). Təhsil sahəsinin idarəsi: Şamaxı üzrə Ştat nəzarətçisi vəzifəsinin icraçısı – Lyudviq Karloviç Kun Şəriət müəllimləri: Pravoslav dini üzrə keşiş – Dmitri Zotikov Erməni Qriqoryan dini üzrə keşiş – Dyakon Arekel Bıçaryev Məhəmməd dini üzrə – Mirzə Süleyman Molla Manaf oğlu Müəllimlər: İvan Yelisbaroviç Mosidze Nikita Artyomyeviç Yevreimov (10, 57). Hazırkı vaxtda Şamaxıda çoxlu gözəl binalar var. Onların böyük hissəsi daşdan tikilmiş, düz damlıdırlar. Burada 3213 ev, 3 kilsə, 11 məscid, 217 fabrik və zavod (onlardan 187- dən çoxu ipək parça toxuyur) var. Gözəl binalardan xanın keçmiş sarayını göstərmək olar. Bu tikili indiyə qədər yaxşı qalmış, özündə zəngin bəzəkləri cəmləşdirmişdir. Şəhərdə 900- dən çox dükan, 16 hamam, 4 karvansara mövcuddur (11, 94). Rus tədqiqatçılarının diqqət yetirdiyi məsələlər sırasına statistika da daxildir. Bu faktlar Azərbaycanda statistikanın daha dərindən araşdırılmasına əlverişli zəmin yaradır. Mənbələrin təhlil olunması nəticəsində Şamaxıda əhalinin yerləşməsi məsələsinə də toxunmaq olar. Belə ki, şəhərdə hər iki cins aid olmaqla 20150 nəfər adam hesablanmışdır. Onlardan 10351- i kişi, 9798- i isə qadındır. Əhali bəylərdən, ruhanilərdən, tacirlərdən, sənətkarlardan ibarətdir. Əhalinin hər iki cinsi daxil olmaqla erməni qriqoryanlar 2450, katoliklər 200, lüteranlar 25, rus təriqətçilərindən duxoborlar, malakanlar və digərlərindən 300, müsəlmanlar 16250, yəhudilər 25 nəfər təşkil edirdilər. 1848- ci ildə 272 oğlan, 199 qız doğulmuşdu. Ölən-lərdən 145-i kişi, 92-i qadın idi (9, 94). Digər bir məlumata əsasən Şamaxıda hər iki cins daxil olmaqla əhalinin sayı 20000 nəfərə qədər çatır, onlardan ¾ müsəlmanlardan ibarətdir. Bakı quberniyasının Göyçay qəzasının sahəsi 4,156 kvadrat verst və ya 86 kvadrat mil, Bakı qəzasının sahəsi 5,768 kvadrat verst və ya 118 kvadrat mil təşkil edirdi. Nəticə etibarilə Göyçay qəzası bütün quberniyanın 12,22 %- i, Şamaxı qəzası isə 16,73 %-i təşkil edirdi (19, 2). Müəllif Şamaxı qəzasına aid olan vacib, əhəmiyyətli etnoqrafik məlumatları ətraflı olaraq göstərmişdir. Şamaxı əhalisinin əkinçilik və maldarlıqla məşğul olduqlarını, arıçılıq, ipəkçilik, həmçinin, üzümçülük sahələrinin əsas məşğuliyyət növü olduğunutəqdim olunmuş mənbələrdən görmək olar (19, 112-114). Araşdırılan problemlə bağlı olan mənbələrdə Şirvanın inzibati və təhsil binalarının göstərilməsi labüd və zəruridir: Şamaxıda yeni yaradılmış şəhər bağı, qəza məktəbi və tədris müəssisəsi olaraq Müqəddəs Nina məktəbi, biri şiə, digəri sünnü olmaqla Məhəmməd məktəbi, hospital, ərzaq dükanı vardır (12,125) Fabriklərdə öz ucuzluğu və keyfiyyətinə görə bu yerlərdə, hətta Rusiyada böyük satış bazarına malik olan movi adlı yaxşı parça toxuyurdular (12, 125). Şamaxı quberniya şəhəri olaraq dəniz səviyyəsindən 1921 fut yüksəklikdə yerləşir, plan əsasında tikilib, yeni adlanır. Yeni şəhər köhnənin xarabalığı üzərində tikilib(11,125). Şirvanın əsas çaylarının, yaşayış yerlərinin diqqətə çatdırılması bölgənin özünəməxsus rolunu müəyyənləşdirmək baxımından əhəmiyyətlidir: Bölgədə Göyçay, Ağsu və Girdiman, Pirsaat çayları əsas çaylar, Ağsu, Şamaxı, Lahıc, Basqal və Xançobanı yaşayış yerləri olaraq göstərilir (13, 405- 409). Mənbədə Ağsunun adı önə çıxarılır (12,125). Payız və yayda tez – tez baş verən daşqınlar nəticəsində Girdimançayın suyu lilli və bulanıq olur (21, 64). Verilən məlumata görə məlum olur ki, İvanovka kəndi əhalisinin böyük hissəsini kəndlilər təşkil edir, hansı ki, məhkəmə qərarı əsasında növbə ilə Avropa RusiyasınınCənub Şərqindən köçürülmüşlər (7,18). Paxileviç S. isə inzibati cəhətdən Şamaxı qəzasına daxil olan Altıağac kəndinin (ha-zırda Xızı rayonunun inzibati ərazi vahidində qəsəbə) təbiəti, fauna və florasından əlavə, təhsil sahəsi haqqında da məlumat vermişdir. Araşdırmalara görə adı çəkilən yerdə 1879- cu ildə normal bir sinifli peşə məktəbi açılmşdı. Peşə məktəbinin ştatında müəllim, qanunşünaslıq müəllimi, yerli ruhani (Kiyev ruhani seminariyasında təhsil almışdı) fəaliyyət göstərir (16, 94). XIX əsrdə Bakı quberniyasının Şamaxı qəzasına daxil olan Lahıc kəndi hazırda İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbədir. Azərbaycanın əsas misgərlik mərkəzlərindən biri olan Lahıc qəsəbəsində hələ XIX əsrdə misdən hazırlanmış müxtəlif məmulatlar və onların üzərini incə naxışlarla bəzəyən məşhur Şamaxı ustaları rus məmurlarının gözündən yayınmamışdır: “5000 nəfər əhalidən, 600 həyətdən ibarət Lahıc kəndi bütün Şərqi Zaqafqаziyada məşhur olan mis qablar istehsalı ilə məşğuldur. Şamaxı şəhərinin ustaları isə onların üzərini Şərq zövqünə uyğun olaraq bəzəyirlər” (19, 113). Rus məmurlarının məlumat xarakterli siyahılarında toponimlərdən az da olsa bəhs olunur: “Qaraqoyunlu adı “Qara qoyun” tayfalarının adı ilə bağlı olaraq Göyçay qəzasında türklər tərəfindən məskunlaşmış kənd adıdır” (19, 86). Qeyd olunmalıdır ki, XIX əsrə aid mənbədə adı çəkilən Qaraqoyunlu kəndi hazırda Ağsu rayonunda mövcud iri kəndlərdən biridir. Mənbədə göstərilmişdir ki, Kürdəmirdə bu və ya digər vaxtlarda mövcud olmuş güclü dini fanatizm yeni sektanın yaranmasının sübutu idi (müridizm, zikrin öyrənilməsi) (19, 98-99). Siyahıdakı statistik bölmə o dövrün şəhər həyatı haqqında müəyyən məlumat toplamağa və qismən də demoqrafik faktların üzə çıxarılmasına kömək edə bilər. Məlumatları nəzərdən keçirdikdə dolğun statistik faktların əks olunduğunu görmək olar: Bakı quberniyasının Şamaxı şəhərində evlərin sayı 4972, əhalinin sayı 25,087 nəfər idi (onlardan 13999 nəfəri kişi, 11,088 nəfəri isə qadındır). Göyçay qəzasında 9990 həyət, 50,053 nəfər əhali (onlardan 27,509 nəfəri kişi, 22,544 nəfəri isə qadındır) yaşayırdı. Şamaxı qəzasında 10,854 həyət, 71,216 nəfər əhali (38,354 nəfəri kişi, 32, 862) siyahıya alınmışdı (19, 100). Göyçay və Şamaxı qəzalarında kəndlərdə əhalinin (hər iki cins daxil olmaqla) yerləşməsinə nəzər yetirsək, Göyçay qəzasında (şəhərsiz) 1 həyətə orta hesabla 5,01, Şamaxı qəzasında (şəhərsiz) isə 6,57 nəfərin düşdüyünü görərik (19, 103). 1869-cu ildə quberniyada cəmi 19 həkim var idi, belə ki, hər 25000- dən çox əhaliyə demək olar ki, 1 həkim düşürdü. Onlardan Şamaxının payına 3 həkim düşürdü, Göy-çay qəzasında isə həkim yox idi. Aptek isə yalnız Bakıda və əhəmiyyətsiz dərəcədə Qubada mövcud idi (19, 131). Şamaxı rayonu Çarhan kənd sakini Narınc İsgəndərova valideynlərindən eşitdiyi məlumat əsasında söyləyir ki, XIX əsrdə Şamaxıda həkim yox dərəcəsində idi. Apteklərin mövcudluğu barəsində isə söz açmağa belə dəyməz (22). 1869- cu ildə Bakı quberniyasında mövcud olmuş Şamaxı qəza məktəbi Xalq Maarif Nazirliyinin tabeliyinə daxil idi. Bu məktəbdə 7 müəllim işləyirdi, 61 şagird təhsil alırdı. Şamaxı şəhərində isə 3 müəllimin dərs dediyi və 26 şagirdin təhsil aldığı 3 sinifli şəxsi məktəb fəaliyyət göstərirdi. Bundan əlavə Şamaxı şəhərində lüteran məzhəbinə aid olan erməni məktəbi, Mərəzə kəndində molakan uşaqları üçün 1mək- təb mövcud idi. Şamaxı qəza məktəbində təhsil alanların əksəriyyətini erməilər təşkil edirdilər – 34 erməni şagirdi, 10 rus, 17 tatar şagirdi təhsil alırdılar. Şamaxı Pirbudaq məktəbi erməni qriqoryan məzhəbinə aid idi. Buna baxmayaraq tatar kəndlərində məscidlərdə təhsil alan şagirdlər yalnız ərəb dilində təhsil alırdılar (19, 132-133). Bütün Yaxın və Orta Şərqdə olduğu kimi, Azərbaycanda, o cümlədən Şirvan bölgəsində də İslam dini ictimai – siyasi həyatda mühüm rol oynayırdı. XIX-XX əsrin əvvəllərində Şirvanda fəaliyyət göstərən məscidlər, mədrəsələr təhsil və təlim ocaqları hesab olunurdular. XIX əsrə aid Rusiya tarixşünaslığında Şamaxı qəzasında yaşayan əhalinin təsərrüfat məşğuliyyəti haqqında bəzi məlumatlar yer almaqdadır. Şamaxı şəhər məktəbinin müdir müavininin verdiyi məlumata görə Şamaxı qəzasının bütün məskunlaşmış yerlərində torpaq və iqlim şəraiti kənd təsərrüfatının əksər sahələri ilə məşğul olmaq üçün əlverişli şərait yaratmışdır (14, 31). İnformatordan aldığımız məlumata görə əkinçilik, maldarlıq Şamaxı və Ağsu rayonlarında kənd təsərrüfatının əsas sahələrindən biri olmuşdur (23). Rusiyada fəaliyyət göstərən, yazıb – yardan XVIII əsrin məşhur alman səyyahı S.Q. Qmelin epizodik olaraq sənətkarlıq və ticarət baxımından inkişaf etmiş Şamaxı şəhərinin adını çəkmişdir (5, 692). İ.P. Petruşevskinin qeydlərinə görə Şirvan vilayətində güclü köçəri tayfalar möv-cud deyildi (18,137). Müəllifin Şirvan vilayəti haqqında yazdıqlarından belə məlum olur ki, Salyan və Mahmudabad adı çəkilən vilayətin asılı mahallarıdır (18, 192). Məlumdur ki, Cənub-Şərqi Şirvan düzündə yerləşən Salyan qəza və quberniya mərkəzinə çevrilmiş Şamaxının tərkibində mahal olaraq mövcud olmuşdur.
MƏNBƏ VƏ ƏDƏBİYYAT
1. Броневский С.М. Новейшие географические и исторические известия КавказеМосква, 1823. Часть вторая. Типография С.Селивановского. Русский архив. Алфавитный каталог. Путешествия и описания земель.
2. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 годь. Часть вторая. Санкт- Петербург, 1869. Типография императорской Академии Наук.
3. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 годь. Часть третья. Санкт- Петербург, 1869. Типография императорской Академии Наук.
4.Ганич А.А. Поучение Закавказского муфтия и председателя Закавказского мусульманского духовного правления суннитского учения (1892). Актуальные проблемы истории и этнографии народов Кавказа. Сборник статей к 60 летию В.Х. Кажарова. Нальчик, 2009. С328-346.
5. Гмелин С.Г. Путешествие по России для исследования трех царств природы. Часть 3, половина вторая. Издание Императорской Академии Наук. Санкт-Петербург, 1785 .
6. Исмаилов А. Песня о пчель. Сборник Материалов для Описания Местностей и Племень Кавказа. Выпускь XIII. Тифлис, 1892. Типография канцелярии Главноначальствующего гражданской частю на Кавказе. С. 238-288.
7. Калашев Н. Селение Ивановка Лагичского участка, Геокчайский уезд, Бакинской губернии. Сборник Материалов для Описания Местностей и Племень Кавказа. Выпускь XIII. Тифлис, 1892. Типография канцелярии Главноначальствующего гражданской частю на Кавказе. С. 234-237.
8. Кавказский календарь на 1846 годь. Тифлись, 1845. В типографии Главного Управления Закавказскимъ краем. 246 с
9. Кавказский календарь на 1848 годь. Тифлись,1847. В типографии канцелярии наместника Кавказского. 166 с.
10. Кавказский календарь на 1849 годь. Тифлись,1848. В типографии канцелярии наместника Кавказского. 144 с.
11. Кавказский календарь на 1850 годь. Тифлись,1849. В типографии канцеля-рии наместника Кавказского. 141 с.
12. Кавказский календарь на 1851 годь. Тифлись,1850. В типографии канцелярии наместника Кавказского. 183 с.
13. Кавказский календарь на 1852 годь. Тифлись,1851. В типографии канцелярии наместника Кавказского. 724 с.
14. Мамаладзе Т.Г. Садовые культуры и промышленные занятия в городе Шемахе и его уезде. Сборник Материалов для Описания Местностей и Племен Кавказа. Выпуск XXXVII, Тифлись, 1908. Типография Канц. Наместника Его Императорского Величества на Кавказ и Персию К.Козловского. С. 51- 60. 60. LXXXIII. Книга IV, глава 20. О городе Шемахе и об окружающих горах.
15. Обозрение Российских владений Закавказья. Часть 4, 1836. Санкт – Петербург,1837. 401 с.
16. Пахилевич С. Селение Алты Агач Шемахинского уезда Бакинской губернии. Сборник Материалов для Описания Местностей и Племень Кавказа. Выпуск I. Тифлис, 1881. Типография Главного Управления Наместника Кавказского. С. 89-94.
17. Петрушевский И.П. Великий патриот Ширваншах Ибрагим. Баку, 1942. Издательство АзФАН. 40 с. Azərbaycan Milli Kitabxanası. Azərbaycan Ədəbiyyatının Arxivi Şöbəsi.
18. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI начале XIX веке. Ленинград, 1949. Издательство Ленин-градского государственного ордена Ленина Университета имени А.А. Жданова. 382 с.
19. Списки населенныхь месть Российской империи. По Кавказскому краю. LXV. Бакинская губерния. Составлен главным редактором Комитета Н. Зейдлицем. По сведениям 1859 по 1864 год. Тифлись, 1870. В типографии главного управления наместника Кавказского. 103 c.
20. Утверждение Русского владычества на Кавказе. К столетию присоединения Грузии к России: 1801-1901. Под руководством начальника штаба Кавказского военного округа генерал лей- тенанта Белявского Н.Н. Под редакцией В.А. Потто. В 4 тома. Том I. Тифлись, 1901.Типография Я.И. Либермана.
21. Эфендиевь М.Г. Селение Лагич, Геокчайского уезда Бакинской губернии. Сборник Материалов для Описания Местностей и Племень Кавказа. Выпуск XXIX, Тифлись,1901. Типография Канцелярии Наместника Его Императорского Величества на Кавказ и К.Козловского. С. 45-96.
22. Məlumatı verdi 1951- ci il təvəllüdlü Şamaxı rayonu Çarhan kənd sakini Narınc İsgəndərova
23. Məlumatı verdi Ağsu rayon sakini 1930- cu il təvəllüdlü Sirac İsmayılov
Asadli K.Kh.
The ethnographic study of Shirvan region in the XVIII-XIX centuries’ Russian historiography SUMMARY
Important information about ethnography of Shirvan region can be found in Russian researcher’s descriptions. Due to the size of the territory and population the Shirvan region for centuries had and still has a principal position. S.M.Bronevsky in his work “Description of Baku” has shown that the Shirvanians lived in Baku.
In addition, the works of A.A.Ganic, S.G.Gmelin, T.G.Mamaladze and other authors published at different times in the magazines of “Caucasian calendar” reflected the various issues of history and ethnography of Shirvan region. In the article also was reflected the religious and cultural influence of Sufism, which is typical for the Shirvan region. Under the influence of Islam madrassas became the centers of education. The silk worm breeding turned Shirvan into a center of sericulture.
According to the records of P.G.Butkov, Shirvan actually was called the Shamakhy khanate. According to the data of the researchers related to nineteenth century Shamakhy is mentioned as old and the new Shamakhy.
Along with these issues, S.Pakhilevich gave information about nature – fauna and flora and ethnography of Altiaghaj which from the administrative aspect included to Shamakhy gubernia (administrative-territorial unit).
I.P.Petrushevski wrote that there are not powerful nomadic tribes in Shirvan region. It becomes clear from his writings that Salyan and Mahmudabad were depending mahals (administrative-territorial unit) of Shirvan region.
Асадли К.Х
Этнографическое изучение Ширванского региона в русской историографии XVIII – XIX вв. РЕЗЮМЕ
В описаниях русских исследователей можно повстречать довольно значительную информацию об этнографии Ширванского региона. Ширванская зона по территории и по численности населения веками занимала и продолжает занимать приоритетную позицию во всём Азербайджане. Броневский С.М. в своём «Описании города Баку» пишет о том, что ширванцы проживали в Баку. Кроме того, в различных произведениях А.А. Ганича, С.Г. Гмелина, Т.Г. Мамаладзе и других авторов выходящих в различных разные годы сборников «Кавказского календаря» отобразились различные вопросы истории и этнографии Ширванского региона. В статье представлены сведения об указанном периоде характеризующие Ширванскоий регион, на который суфизм оказывал религиозно−культурное воздействие. Вместе с тем подчеркивается сильное влияние ислама, поскольку медресе в регионе играло определяющую роль в образовании, обучении и культуре. Важным центром производства шелка стала Шемаха из за обилия шелкового кокона. В заметках П.Г. Буткова Ширван называется Шемахинским ханством. В сведениях автора относящихся к XIX веку, Шемаха отмечается как старая Шемаха и новая Шемаха. Пахилевич С. кроме данных о природе, фауне и флоре села Алты Агач, в административном отношении входящего в Шемахинскую губернию, дал сведения и об образовании. Согласно заметкам И.П. Петрушевского, в Ширванской области не существовало сильных кочевых племен. Из исследований автора, касающихся Ширванской области, видно, что Сальян и Махмудабад являлись зависимыми кварталами (махали) указанной области.
Könül Əsədli
Tarix üzrə fəlsəfə doktoru