Bütün dövrlərin şairi

20 Aprel 2016-cı il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş "Bütün dövrlərin şairi - Nizami Gəncəvi 875" başlığı altında tədbir keçirilib.

Tarix: 29-4-2016 // saat: 12:24
20 Aprel 2016-cı il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş "Bütün dövrlərin şairi - Nizami Gəncəvi 875" başlığı altında tədbir keçirilib. Mərkəzi kitabxananın işçisi Zeynəb Məmmədova tədbirin Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunduğunu qeyd edib. Şair Mətləb Məmmədov isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məruzə edib. Daha sonra Nizami Gəncəvinin yaradıcılığını əks etdirən şəkillərdən ibarət slaydlar nümayiş olunub. Tədbirdə çıxış edənlər Nizami Gəncəvinin əsərlərində azadlıq, demokratiya, bərabərlik, qadın azadlığı, əmək, zəhmət, sülh məsələlərini tərənnüm etməsindən, dahi şairin ədəbiyyat tariximizdə müstəsna xidmətlərindən, bədii-emosional, estetik-fəlsəfi, həm də elmi-idraki fikirlərindən söz açıblar.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN