Kürdəmirdə qanvermə aksiyası təşkil olunub

Tarix: 21-4-2016 // saat: 17:13
Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində qanvermə aksiya təşkil olunub. Ənənəvi aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara, eləcə də son günlər cəbhə bölgələrində düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçulara, mülki vətəndaşlara yardım məqsədi ilə keçirilib.
Humanitar tədbirdə könüllü olaraq rayon əhalisi, o cümlədən icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə vətəndaşları müayinə ediblər. Aksiyada 950 nəfərədək əhali iştirak edib ki, onlardan da 152 nəfərdən qan götürülərək Mərkəzi Qan Bankına təhvil verilib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN