İsmayıllının 13 yaşlı futbolçu qızları finalda

Tarix: 19-4-2016 // saat: 14:58
İsmayıllını təmsil edən Hacıhətəmli kənd tam orta məktəbinin 13 yaşlı qızlardan ibarət “Babadağ” futbol komandası Respublika yarışında iştirak edib. 51 komanda arasında gərgin keçən yarışların nəticəsi olaraq finala çıxıb.
Finalda rəqibi Bakının “Təhsil” komandası olacaq.2014-2015-ci il futbol mövsümündə çempion olmuş qızlar 2015-2016-cı il çempionatında da birinci olmaq əzmindədirlər.
U-13 liqasında yarışlara komandanı məşqçi Ədalət Əhmədov hazırlayıb.
Komandanın finala çıxması münasibətilə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon ictimaiyyətinin,gənclər və idman strukturlarının nümayəndələrinin iştirakı ilə idmançılarla görüş keçirib. Onları finala çıxmaları münasibətilə təbrik edib, çempion olmağı arzulayıb, hazırlıq işlərində hərətərəfli yardımçı olmağı aid qurumlara tapşırıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN