Nazir Azad Rəhimovla Göyçayda görüş

 Aprelin 27-də gənclər və idman naziri Azad Rəhimov Göyçay şəhərində vətəndaşları qəbul edəcək.

Tarix: 18-4-2016 // saat: 19:29
Aprelin 27-də gənclər və idman naziri Azad Rəhimov Göyçay şəhərində vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Bərdə, Ağdaş, Ağsu, Göyçay, Kürdəmir, Mingəçevir, Tərtər, Ucar, Yevlax, Zərdab şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti-98, Heydər Əliyev parkının ərazisi) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlardan Ağdaş (050-328-33-00, 055-502-26-00), Ağsu (050/055 383-44-00), Bərdə (050 222-95-96), Göyçay (050-265-91-00, 055-236-31-76), Kürdəmir (070-790-02-72), Mingəçevir (050-533-15-29), Tərtər (055-298-52-32), Ucar (050/055/070 304-04-69), Yevlax (050 616-52-60, 055 817-41-31) və Zərdab (070-236-63-63) rayonlarının (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN